Azərbaycan media azadlığı sahəsində 140 ölkə arasında 133-cü sırada dayanır - HESABAT

Baxış sayı: 
45
2  
0  

Dünyanın tanınmış qurumlarında olan Dünya İqtisadi Forumu 2018-ci il üçün 140 ölkəni əhatə edən iqtisadi rəqabətlilik reytinqini açıqlayıb. Azərbaycan ötən illə müqayisədə 4 pillə geriləyərək  69-cu sıraya düşüb. 

 

Yeniavaz.com Dünya İqtisadi Forumunun veb-saytında (www.weforum.org) yerləşdirilən ölkələrin iqtisadi rəqabətliliyi ilə bağlı hesabata ("The Global Competitiveness İndex 2018") istinadən bildirir ki, Azərbaycan iqtisadi rəqabətlilik üzrə keçmiş sovet respublikaları və region ölkələri arasında 8-ci sırada yer alıb.

Hesabatda keçmiş sovet respublikaları və region ölkələrindən Estoniya 32-ci, Litva 40-cı, Latviya 42-ci, Rusiya 43-cü, Qazaxıstan 59-cu, Türkiyə 61-ci, Gürcüstan 66-cı,  Ermənistan 70-ci, Ukrayna 83-cü, Moldova 88-ci, İran 89-cu, Qırğızıstan 97-ci, Tacikistan isə 102-ci sırada yer alıb.

Hesabatda həmçinin göstərilir ki, son bir ildə qonşu ölkələr arasında iqtisadi rəqabətlilik baxımından ən çox geriləmə Azərbaycanda qeydə alınıb. Reytinq siyahısında Azərbaycan ötən illə müqayisədə 4 pillə gerilədiyi halda Türkiyə 3, İran isə 1 pillə geriləyib. Ermənistan və Rusiya 2 pillə, Gürcüstan isə 1 pillə irəliləyib.

 

Картинки по запросу Media freedom Azerbaijan

Dünya İqtisadi Forumu açıqladığı iqtisadi rəqabətlilik reytinqini bazar institutlarının inkişaf səviyyəsi, infrastrukturun inkişafı, makroiqtisadi sabitlik, texnoloji inkişaf, təhsil və səhiyyənin səviyyəsi, maliyyə bazarlarının inkişafı, investorların müdafiəsi, nəqliyyatının keyfiyyəti və digər meyarlar üzrə araşdırıb.

Hesabatda ən yüksək göstərici elektrik enerjisi ilə təminat sahəsində qeydə alınıb. Azərbaycan bu sahədə 140 ölkə arasında 1-ci yerdə qərarlaşıb.

Ən aşağı göstərici isə media azadlığı sahəsində qeydə alınıb. Bu sahədə Azərbaycan 140 ölkə arasında 133-cü sırada yer alıb.

 

Похожее изображение

Digər bəzi əhəmiyyətli sahələrdə Azərbaycanın mövqeyi 140 ölkə arasında belə olub:

Biznesin qeydiyyata alınma vaxtına görə 17-ci yer,

Yolların keyfiyyətinə görə 34-cü yer,

İnternet istifadəçilərinin sayına görə 36-cı yer,

Biznesin qeydiyyatı üçün prosedurların sayına görə 38-ci yer,

Mütəşəkkil cinayətkarlığın səviyyəsinə görə 39-cu yer,

ÜDM-in həcminə görə 68-ci yer,

Hava limanlarının mövcudluğuna görə 79-cu yer

Sağlam həyata yaşaya bilmə müddətinə görə 90-cı yer,

Elmi xərclərin səviyyəsinə görə 90-cı yer,

Korrupsiyanın səviyyəsinə görə 102-ci yer,

Əmək haqqından tutulan vergiyə görə 106-cı yer,

Büdcə şəffaflığına görə 116-cı yer,

İnfyasiya səviyyəsinə görə 128-ci yer,

 

Похожее изображение

Ümumiyyətlə isə iqtisadi rəqabətlilik reytinqinə ABŞ, Sinqapur və Almaniya başçılıq edir. İqtisadi rəqabətlilik göstəricilərinin yüksək olan ölkələrin siyahısında ilk onluğu İsveçrə, Yaponiya, Hollandiya, Honq-Konq, Böyük Britaniya, İsveç və Danimarka tamamlayır.

İqtisadi rəqabətlilik reytinqinin son sıralarında isə Çad, Yəmən, Haiti, Anqola və Brundi yer alıb.

 
Загрузка...
Загрузка...