​Azərbaycan İranın “dollardan imtina edək” təklifinə “hə” deyəcəkmi? – RƏY

Baxış sayı: 
42
1  
0  

 
"İkitərəfli ticari əlaqələrdə milli valyutalardan istifadə oluna bilər. Ancaq dollardan bütün hallarda beynəlxalq ölçü vahidi olaraq istifadə ediləcək. Axı İran rialı ilə Azərbaycan manatının bir-birinə alıcılıq qabiliyyətinin dərəcəsini tam şəkildə bilmirik”.
 
 
Sfera.az-a açıqlamasında bu sözləri İranın bir sıra ölkələr, o cümlədən Azərbaycanla ticari əlaqələrdə dollardan imtinanı ehtiva edən ikitərəfli maliyyə sazişləri bağlanması təklifinə münasibət bildirərkən iqtisadçı ekspert Ruslan Atakişiyev deyib:
 
 
 
"Yadınızdadırsa, bir arada ticari əlaqələrdə milli valyutalardan istifadə məsələsi Azərbaycanla Türkiyə arasında da gündəmə gələrək sazişin bağlanması həddinə qədər gəlib çatmışdı. Bu günki gündə Ankara ilə Bakı arasında pul köçürmələrində birbaşa manatla lirə ödənişi həyata keçirilir. Bu mənada İran, Rusiya və digər ölkələrlə ticarətdə də Azərbaycanın milli valyutadan istifadə etməsi mümkündür. Sadəcə olaraq, bu halda milli valyutalardan istifadə edilərkən təbii ki, yenə də beynəlxalq valyutadan hesablayıcı vasitə kimi istifadə olunacaq. Yəni, prosesdən bu halda da milli valyutaların birbaşa bir-birilə alqı-satqı dəyərilə deyil, beynəlxalq valyutaya nisbətdə alqı-satqı dəyərilə hesablanaraq istifadə olunacaq. Burada problemli məsələ milli valyutaların bir-birinə olan alqı-satqı dəyərinin müəyyənləşdirilməsi məsələsidir. Çünki milli valyutaların bir-birinə olan alqı-satqı dəyəri həmin ölkələr arasında mövcud olan ticarət əlaqələrinin asılılıq dərəcəsinin yüksək və yaxud aşağı olmasının da prosesə təsiri var”.
 
 
 
Qeyd edək ki, İranın xarici işlər naziri Cavad Zərif mətbuata açıqlamasında ölkəsinin Rusiya, Türkiyə, Çin və Azərbaycanla ikitərəfli maliyyə sazişlərinin bağlanmasını müzakirə etdiyini bildirib.Mənbələrə görə, həmin sazişlər ticarət əməliyyatlarında ABŞ dollarından imtinanı ehtiva edir.
 
 
 
 

Загрузка...
Загрузка...