Azərbaycan dünyanın hərbi güc reytinqində 5 pillə irəliləyib

Baxış sayı: 
63
4  
0  
Azərbaycan hərbi gücünə görə dünya reytinqində 2017- il ilə müqayisədə 5 pillə irəliləyərək 53-cü mövqedə qərarlaşıb.
 
Turaninfo.org "Report”a istinadən xəbər verir ki, bu göstərici "Globalfirepower" portalının 2018-ci il üçün hazırladığı siyahıda qeyd olunub.
 
Azərbaycan bu göstəriciyə görə qonşuları Gürcüstan (82) və Ermənistanı (84) geridə qoyur. Gürcüstan yerini olduğu kimi saxlasa da, münaqişə vəziyyətində olduğumuz Ermənistan 9 pillə irəliləyib. Türkiyə ötən il ilə müqayisədə 1 pillə geriləyərək 9-cu pilləyə düşüb. İran isə 8 pillə irəliləyərək 13-cü yerə yüksəlib.
 
Reytinqdə dünyanın hərbi gücünə görə ən qüdrətli dövləti yenə də ABŞ-dır. Onun ardınca Rusiya, Çin və Hindistan qərarlaşıb.
 
Dövlətlərin hərbi gücü müəyyən edilərkən 50 müxtəlif amil nəzərə alınır. Burada silahlarla yanaşı, coğrafiya, təbii ehtiyatlar, əhalinin sayı və s. amillər də diqqətdən keçirilir.
Загрузка...
Загрузка...