AZƏRBAYCAN DEMOKRAT PARTİYASININ BƏYANATI

Baxış sayı: 
132
1  
0  

 
Azərbaycan Demokrat Partiyası Nizami Rayon Məhkəməsi tərəfindən 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirən, bu səbəbdən də səhhətində ciddi problemlər yaşanan Müsavat Partiyasının üzvü, Qarabağ döyüşçüsü Tofiq Yaqublunun Bakı İstintaq Təcridxanasından “City Hospital”a köçürülməsini və öz şəxsi istəyinə uyğun olaraq etibar etdiyi həkim Adil Qeybullanın nəzarəti altına verilməsini  alqışlayır və bu hadisəni hakimiyyət tərəfindən atılan düzgün addım kimi dəyərləndirir.
ADP belə hesab edir ki, Tofiq Yaqublu ilə bağlı atılan bu addım humanist olsa da, lakin yetərli deyil. ADP Müsavat Partiyasının üzvü, Qarabağ döyüşçüsü Tofiq Yaqublunun həbs olunmasını bir daha siyasi motivli olduğunu bildirir və qeyd edir ki, onun törətdiyi əməli ilə cəzası arasında heç bir mütənasiblik yoxdur.
ADP ölkədə vətəndaş həmrəyliyinə nail olmaq baxımından və iqtidar-müxalifət münasibətlərinin yeni müstəviyə çıxarılmasına edilən cəhdlər ərəfəsində Müsavat Partiyasının üzvü, Qarabağ döyüşçüsü Tofiq Yaqublunun azadlığa buraxılmasını vacib hesab edir.
ADP Müsavat Partiyasının üzvü, Qarabağ döyüşçüsü Tofiq Yaqublunun mülki hospitalda belə qida qəbulundan imtina edərək, aclıq aksiyasını davam etdirdiyinə görə səhhətində yaranmış ciddi problemləri nəzərə alaraq ölkə başçısını humanizm göstərməyə və öz səlahiyyətlərindən istifadə edərək onu həbsdən azad etməyə çağırır.

Загрузка...
Загрузка...