AZƏRBAYCAN DEMOKRAT PARTİYASININ BƏYANATI

Baxış sayı: 
114
2  
0  

 

Azərbaycan Demokrat Partiyası ABŞ Konqresinin alt palatasının saxta "erməni soyqırımı"nı tanıyan qanun layihəsini qəbul etməsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:
ADP ABŞ Konqresinin alt palatasının saxta "erməni soyqırımı"nı tanıyan qanun layihəsini qəbul etməsini böyük təəssüf hissi ilə qarşılayır və elmi şəkildə öz təsdiqini tapmayan bu ittihamı türk və müsəlman dünyasına qarşı yönələn bir addım kimi dəyərləndirir.
ADP belə hesab edir ki, saxta erməni genosidi iddiası yalnız tarixçilərin əsaslandırılmış elmi rəylərindən sonra hüquqi qiymət ala bilər, əks halda bu iddialar ermənilərin türk xalqlarına qarşı zaman-zaman həyata keçirdiyi genosid siyasətini ört-basdır etmək məqsədi daşıyan avantüradan başqa bir şey deyildir. ADP bəyan edir ki, indiki halda bu qərarın ortaya çıxması qardaş Türkiyənin öz təhlükəsizliyini təmin etmək məqsədilə Amerikanın iradəsinə zidd olaraq atdığı addımlara cavab kimi görsənir və siyasi xarakter daşıyır.
ADP belə hesab edir ki, bu cür qərəzli qərar təkcə Türkiyənin Amerikaya qarşı yox, bütünlükdə türk və İslam dünyasının mütərəqqi qüvvələrinin Amerikaya qarşı pis münasibətinin yaranmasına gətirib çıxaracaq, dünyada xüsusi ilə, demokratiyanın beşiyi sayılan Amerikada ədalətli qərarların qəbul ediləcəyinə şübhələr yaranacaq, Amerikanın dünyada haqqın, ədalətin və təhlükəsizliyin təminatçısı roluna inam sarsılacaq, eyni zamanda bu cür provakasiya xarakterli qərarlar pis bir presedentə çevrilərək bir çox xalqların başqa xalqlara qarşı əsassız iddialarına rəvac verəcək ki, bu da dünyada sülhə və təhlükəsizliyə ciddi təhdidlər yaradacaq.
ADP ABŞ prezidentini və digər səlahiyyətli orqanlarını Türkiyə-Amerika münasibətlərinə, o cümlədən Amerikaya dost kimi baxan türk və müsəlman dünyasında Amerikaya qarşı mənfi rəylərin formalaşmasına xidmət edən bu ədalətsiz qərarın ortadan qaldırılması üçün səahiyyətlərindən istifadə edərək addımlar atmağa çağırır.
 

Загрузка...
Загрузка...