Azərbaycada kredit ittifaqının sədrinə cinayət işi açıldı - 470 MİNLİK İTTİHAM

Baxış sayı: 
62
4  
0  

Aqroinvest Kredit İttifaqı Məhdud Məsuliyyətli
Cəmiyyətinin (MMC) İdarə Heyətinin sədri
Əhmədov Əyyub Əlihüseyn oğlunun
barəsində cinayət işi başlanılıb.

Turaninfo.org report-a istinadən xəbər verir ki, o,
MMC-nin 470 min manat pulunu
mənimsəməkdə və vəzifə səlahiyyətlərindən
sui-istifadə etməkdə təqsirləndirilir.

Ə.Əhmədova qarşı Cinayət Məcəlləsinin
179.3.2-ci (mənimsəmə və ya israf etmə,
külli miqdarda törədildikdə) və 308.2-ci
(vəzifə səlahiyyətlərindən sui-istifadə)
maddələri ilə ittiham irəli sürülüb.

İstintaq dövründə onun barəsində ev
dustaqlığı qətimkan tədbiri seçilib.

Ə.Əhmədovun cinayət işi üzrə ibtidai
istintaqı yekunlaşdırılaraq Bakı Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hazırlıq iclası avqustun
21-nə təyin edilib.

Cinayət işi hakim Eldar Mikayılovun
icraatına verilib.

Qeyd edək ki, Aqroinvest Kredit İttifaqı
Azərbaycan Mərkəzi Bankınin 2001-ci il
tarixli daimi lisenziyasina əsasən yaradılıb.
Aqroinvest Kredit İttifaqı MMC kimi
6 aprel 2001-ci ildə İmişli şəhərində təsis olunub.

 
Загрузка...
Загрузка...