AYNUR CAMALQIZI - Biznesmen xanımı, "fövqəlnazir"in sevimlisi və...

Heydər Əliyev haqqında sərhədsiz hədyanlar yazan bu xanım necə oldu ki, Fövqəladə Hallar nazirinin sevimlisinə çevrildi?
 
Prezident İlham Əliyevə “Şahzadə” və s. əxlaqımıza uyğun olmadığı üçün təkrar belə etməkdə zorluqlar çəkdiyimiz fikirlərin müəllifi bu gün olduqca dəbdəbəli həyat yaşayır. Media holdinqə rəhbərlik edir, bahalı avtomobillərdə gəzir? Prezidentinə və siyasi liderinə hədyanlar yazan jurnalistin axı nəyi “fövqəlnazir”i heyran etdi?
 
Sabiq müxalif yazar, hal-hazırda isə hakimiyyətdaxili qruplaşmalarından birinin – Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun media siyasətinin icraçılarından biri “Teleqraf” holdinqin rəhbəri Aynur Camalqızı ilə bağlı BakuNews.az – a etibarlı mənbədən yeni məlumatlar daxil olub. Bir zamanlar müxalifətin hakimiyyətə qarşı ən radikal yazarlarından biri olan Aynur Camalqızı Kəmaləddin Heydərovun himayəsi ilə bu gün ölkə mediasında ilk beşliyə iddiası ilə seçilənlərdəndir.
Xatırladaq ki, bir zamanlar “Heydər Əliyevin ölüm xəbərini ilk olaraq kim mənə versə, ona nişan üzüyümü hədiyyə edəcəm” – deyən Aynur Camalqızı məhz həmin “bəyanatından” sonra millət vəkili, bu gün isə media holdinq rəhbəridir.
Onu da qeyd edək ki, BakuNews.az-a daxil olan məlumata görə, Camalqızının həyat yoldaşı hakimiyyətə qarşı radikal müxalif yazıları ilə fərqlənən tanınmış jurnalistlərdən birinin bacısı oğludur. Radikal yazarın bacısı oğlunun broker şirkətinin olduğu da kluarlarda müzakirə olunan məlumatlar içərisindədir.
Diqqətli oxucuların nəzərinə onu da çatdıraq ki, “bacıoğlu” əsasən mebel idxalı ilə məşğul olur. Məsələnin ən qəribə tərəfi isə rəsmi tədbirlərdə “Azərbaycanın qurucusu”, “Azərbaycanın memarı”, “Ulu öndər”, “Ümummilli lider” deyə xitab etdikləri mərhum Heydər Əliyev haqqında sərhədsiz hədyanlar yazan bu xanım necə oldu ki, Fövqəladə Hallar nazirinin sevimlisinə çevrildi? Prezident İlham Əliyevə “Şahzadə” və s. əxlaqımıza uyğun olmadığı üçün təkrar belə etməkdə zorluqlar çəkdiyimiz fikirlərin müəllifi bu gün olduqca dəbdəbəli həyat yaşayır. Media holdinqə rəhbərlik edir, bahalı avtomobillərdə gəzir? Prezidentinə və siyasi liderinə hədyanlar yazan jurnalistin axı nəyi “fövqəlnaziri” heyran etdi? Nədən məhz Aynur Camalqızı? Bu bir missiyadır, yoxsa xüsusi tapşırıq?
Onu da xatırladaq ki, Kəmaləddin Heydərovun himayə etdiyi digər media holdinqin rəhbəri Vüsalə Mahirqızı da Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin mətbuat xidmətində əməkdaş olaraq çalışıb. Göründüyü kimi “fövqəlnazir”in “media gedişləri” ziqzaqlarla zəngindir. Bir müddət öncə I vitse-prezident Mehriban xanım Əliyevanın doğum günü özü haqqında təsir imkanlarında olan media vasitəsilə tərif şəlaləsi düzəltdirən Kəmaləddinn Heydərovun bir anlıq reallıqdan uzaqlaşması olduqca maraqlı məqam idi. Nədən həmin media rəhbərləri məhz ölkənin birinci xanımının, I vitse-prezidentin doğum günü “fövqəlnazir”i mədh edirlər? Düzdür, həmin yazılar bir neçə dəqiqə sonra saytlardan silindi. Lakin...
Nəzərə alsaq ki, fövqəlnazirin iddiasız adam olmadığı aksiomadır. Zaman-zaman baş nazirliyə iddialı olması, hətta bu istiqamətdə xüsusi cəbhə açması sirr hesab edilən informasiyalar siyahısında deyil.
Mövzuya qayıdacağıq.

BakuNews.az

Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqelərini dərc etməyə hazırıq.
 

Загрузка...
Загрузка...