Aynişan boşanması haqda ilk dəfə danışdı: "Mədəni insanlarıq..."

Baxış sayı: 
105
1  
0  

 
Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni Aynişan Quliyeva həyat yoldaşı, fitness məşqçisi Kənan Əliyev ilə ayrıldığı haqqında yayılan xəbərlərə münasibət bildirib.
 
Teleqraf.com xəbər verir ki, Aynişan Quliyeva İnstaqramda bu sözləri yazıb:
 
"Mağazamın tanıdılması üçün nə kiminsə reklamına, nə də özümü bu qədər ucuz reklam etməyə ehtiyac duyuram. Bu günə qədər nə mən, nə də həyat yoldaşım açıqlama vermişik. Çünki hər açıqlama yeni bir mövzu və söz çevirməsidir. Qaldı ki, izləmədən çıxarıb, kiminsə kimin şəklini silməyinə, məncə, bu, dünyada baş verən qlobal problem deyil. Hər ikimiz ailə tərbiyəsi görmüş, mədəni və sivil insanlarıq".
 
Qeyd edək ki, Aynişan Quliyeva ilə Kənan Əliyev İnstaqramda bir-birini qarşılıqlı izləmədən çıxarıblar və birlikdə çəkilən fotolarını siliblər. Cütlüyün toy mərasimi fevralın 1-də baş tutub.

Загрузка...
Загрузка...