Aygün Kazımovadan Brilliant Dadaşovaya SƏRT MESAJ - VİDEO

Baxış sayı: 
38
1  
0  

Xalq artisti Aygün Kazımova dünən ona instaqramda Mirzə Babayevin doğum günü ilə paylaşdığı ststusda ona söz atan həmkarı və Xalq artisti Brilliant Dadaşovaya cavab verib.
 
Publika.az xəbər verir ki, Mirzə Babayevin qarşısında rəqs edərkən çəkilən videonu paylaşan Aygün Kazımova bu sözləri yazıb:
 
“Əsl sənət insanının ruhu təmiz, qəlbi böyük olar. O qəlbdə yalnız gözəlliklər yer tapar. Ölməz Mirzə Babayev kimi”.
 
Qeyd edək ki, B.Dadaşovanın dünənki paylaşımında ad çəkməsə də, statusunda Aygün Kazımovaya sərt ittihamlar ünvanlandığı iddia olunur:
 
“Yaxşı ki, o, bu günlərdə estradanın nə günə qoyulduğunu görmədi. Səhnələrə sərxoş halda çıxıb yıxılanların, səsi olmayanların, üç notdan ibarət mahnı ifaçılarının pulnan satın alınan bəzi magazin proqramlarının aparıcıları və bəzi jurnalistlər tərəfindən “əsas müğənni” adlandırıldığını da görmədi”

Загрузка...
Загрузка...