Aygün Kazımova Filip Kirkorovla layihəsini təqdim etdi - VİDEO

Baxış sayı: 
30
2  
0  

Azərbaycan və Rusiya pop musiqisinin iki super ulduzu Aygün Kazımova və Filipp Kirkorovun ötən yayın əsas hitlərindən olan "Jalma" duetinə çəkilən klip təqdim edilib.
 
Publika.az xəbər verir ki, 30 və 31 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində Rusiya şou-biznesinin kralı Rusiya Xalq artisti Filip Kirkorovun yeni solo konsertində Azərbaycanın Xalq artisti Aygün Kazımova xüsusi ulduz qonaq olacaq. Konsertdə Kirkorovun hitləri ilə birgə artistlər "Jalma" adlı mahnını birgə ifa edəcəklər.
 
Xatırladaq ki, ilk dəfə A.Kazımova və F.Kirkorov dueti 13 il əvvəl azərbaycanlı divanın Moskva Kremlində keçirdiyi 35 yaşına həsr olunmuş konsertində səsləndirdi – mahnının yeni versiyası "Жара 19" beynəlxalq musiqi festivalında səsləndirildi və oradaca mahnıya klip çəkildi.
 
Məhz bu festivalda F. Kirkorov tezliklə Bakıdakı konsertləri haqda bəyan etdi və A.Kazımovanı həmin konsertdə iştirak etməyə dəvət etdi. Xalq artisti razılaşdı və gördüyümüz kimi Azərbaycan divasının Rusiya şou-biznesinin kralının şousunda iştirakı ilə bağlı bu xəbərin rəsmi təsdiqi gəldi.
 
Xatırladaq ki, Bakı Konqres Mərkəzində F. Kirkorov özünün yeni “#Tsvet nastroyeniya. Я+R” (#Əhvalın rəngi. Я+R) adlı canlı şousunu təqdim edəcək. Şouda bənzərsiz transformer-səhnə, fantastik liftlər, yüzlərlə kostyum, 80 iştirakçı və 3D qrafikalı ekranlar yer alacaq.
 
Proqramdakı köhnə və yeni hitlər yeni tərzdə səslənəcək, bu genişmiqyaslı parlaq şounun "Əhvalın rəngi göydür" adlı əsas hiti isə müğənninin konsertə gələn pərəstişkarlarının əhval-ruhiyyələrinin əsas zəmanəti olacaq. Fantastik dekorasiyalı canlı şou, güclü səs və heyrətamiz quruluş F.Kirkorovun Bakıdakı konserti haqqında bilmək lazım olan ən vacib məqamlardır. Artıq F.Kirkorovun yeni konsert proqramını görən hər kəs bunu fantastik adlandıraraq, rus ifaçılarının heç birinin əvvəl bunu etmədiyini qeyd etdi.

 
Rusiya şou-biznesinin kralı Bakı pərəstişkarları üçün bir çox sürprizlər hazırlayıb. Təfərrüatlar konsertə yaxın elan ediləcək.

Загрузка...
Загрузка...