Aybəniz Haşımova konsertdə qızı ilə duet OXUDU - FOTO

Baxış sayı: 
50
1  
0  

Əməkdar artist Aybəniz Haşımovanın Azərbaycan Milli Akademik Dram Teatrının səhnəsində konserti baş tutub.
 
Publika.az xəbər verir ki, konsert proqramında sənətçini Sənət Akademiyasının tələbələri də müşayiət edib. Bu barədə təəssüratlarını paylaşan müğənni 6 aydır ki, tədbirə hazırlıqlar getdiyini bildirib:
 
“Akademik Milli Dövlət Dram Teatrının səhnəsində... Demək olar ki, 6 aydan çoxdur ki, əziz komandamızla bu proqramı hazırlayırdıq. Üzərimizdə haqqı olan hər kəsə təşəkkür edirəm. Nə yaxşı ki, bu həyatda belə imtahanlar olur və kimin həyatında hansı hissədə dayandığını bilirsən... Nə xoş ki, yerim ürək adlı ünvanınızda imiş. Bütün zəhmət çəkib gələn dəyərli xalqıma və incəsənət xadimlərinə ayrı-ayrılıqda sonsuz təşəkkür edirəm”.
 
Anşlaqla keçən konsertin ən yaddaqalan məqamlarından biri də müğənninin qızı Aynişan Quliyeva və Firuzə İbadova ilə dueti olub.

Загрузка...
Загрузка...