Ayaz Mütəllibov Müsavatın deputatlığa namizədi oldu - Arif Hacılı AÇIQLADI

Baxış sayı: 
132
3  
0  

Seçki dairələrinin əksəriyyətindən namizədlərimizi müəyyən etdik.
 
Axar.az xəbər verir ki, bunu Müsavat Partiyasının sədri Arif Hacılı qeyd edib. O, ad çəkmədən namizədlərin peşələri barədə məlumat verib:
 
“Onların sırasında siyasət və dövlət xadimləri, istiqlalçı millət vəkilləri, keçmiş parlament üzvləri, professorlar, elmlər doktorları, hüquqşünaslar, vəkillər, keçmiş siyasi və vicdan məhbusları, jurnalistlər, politoloqlar, gənc siyasi fəallar var.
 
Bu ölkənin prezidenti olmuş və prezidenti olacaq namizədlərimiz də var”.
 
A.Hacılı həftə sonunadək dairələr üzrə namizədlərin tam siyahısının elan ediləcəyini bildirib.
 
Qeyd edək ki, A.Hacılının “bu ölkənin prezidenti olmuş namizədlər” deyəndə kimi nəzərdə tutduğu bəlli deyil. Azərbaycanın 3 sabiq prezidenti var ki, onlardan yalnız Ayaz Mütəllibov həyatdadır.

Загрузка...
Загрузка...