"Axı o, öz zəhmətilə Allahın verdiyi ruzini əldə edib, heç kimi talamayıb, oğurlamayıb..."

Baxış sayı: 
86
2  
0  
Əməkdar artist Firuzə İbadova moderator.az-a açıqlamasında iş adamı Mübariz Mənsimovun həbs edilməsinə münasibət bildirib. 
 
Sənətçi buna görə artıq çox narahat olduğunu bildirib:
 
“Artıq mən bir neçə müddətdir ki, Mübariz bəyin həbs edilməsinə görə həyəcan keçirirəm. Bu insanın belə pis işlərlə ləkələnməsi hamı kimi, məni də üzür, əsəblərimi tarıma çəkir. Axı o, öz zəhmətilə Allahın verdiyi ruzini əldə edib, heç kimi talamayıb, oğurlamayıb, qazancını həmişə imkansızlarla bölüşüb. Tələbələr onun üçün çox ağlayır, əllərini Allaha açıb dua edirlər. Bunun sonu xoşagəlməz nəticələrə gətirib çıxarar, Türkiyə bizim inandığımız, güvəndiyim qardaş ölkədir. Əllərimizi Allaha açıb yalvarırıq, azad et Mübarizimizi. Məgər görmürlərmi ki, Mübariz dünyada yaşayan insanları necə sevir?
 
O, öz əməli ilə, Azərbaycanı təmiz adıyla və sevdasıyla qoruyan dəyərlimizdir. Hamı kimi mən də xahiş edirəm, Mübariz bəyə azadlıq yaraşır. Mən heç vaxt belə üzülməmişdim. Biz onun azadlığa çıxacağı günü gözləyirik”.
 
Загрузка...
Загрузка...