Avtobusda BİABIRÇILIQ: sürücü qadına əl qaldırdı, ərinin burnunu qırdı - FOTO

Baxış sayı: 
103
1  
0  

 

Bursada sərnişin avtobusunda insident yaşanıb.
 
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə sürücü İbrahim Kabulla iki sərnişin arasında yaşanıb. Belə ki, Alev Güleç adlı qadına şillə vurduğu və onun əri Hüseyin Güleçin burnunu qırdığı iddia edilən sürücü açıqlamasında ittihamları qəbul etməyib.
 
İbrahim Kabul açıqlamasında bildirib ki, arxadan kimsə onu söyüb: "Sən kimsən ki, məni söyürsən" dedim. Bu anda xanımı çantasıyla mənə hücum etdi. Digər sərnişinlər məni sakitləşdirməyə çalışdı. Avtobusdan düşdüm. Ər-arvad isə avtobusda qaldı. Sonra onlar da düşdülər və arxadan məni vurmağa başladılar. Mən də çevriləndə istəmədən əlim üzünə dəydi. Burnunun qırılması mümkün deyil. Elə güclü zərbə ilə vurmamışam. Onlar məndən şikayət ediblər. Ətrafdakı avtobus sürücüləri də davaya deyil, bizi ayırmaq üçün gəlmişdilər".

Загрузка...
Загрузка...