Avtobus sürücüləri karantin dövründə sərnişinləri daşımaqdan imtina edib? - AÇIQLAMA

Baxış sayı: 
70
1  
0  

“Şəhərdaxili və rayondaxili 617 marşrut xətti üzrə xidmətinə məhdudiyyət qoyulmayan avtobusların sürücüləri xüsusi karantin rejimi dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. 
Onun sözlərinə görə, DANX sərnişinlərin qaydalara uyğun gediş-gəlişini fasiləsiz təmin edəcək:
“Ancaq o sürücülərin bu dövrdə etdikləri fədakarlığı nəzərə alaraq, heç bir zərurət yoxdursa, evlərimizdən çıxmayaq! Bu günlər müvəqqətidir. Bir-birimizi düşünməyin vaxtıdır.
Bu günə qədər həmişə narazı olduğumuz sürücülər gəlir, düşünmədən çalışacaqlarını bildirirlər. Onları da evdə gözləyənləri nəzərə alaq!”

Загрузка...
Загрузка...