Avtobus sürücü salonda unudulmuş 852 mini sahiblərinə qaytardı -İbrətamiz

Baxış sayı: 
94
1  
0  
“Heç kəs özgə pulu ilə xoşbəxt olmayıb...”

Yekaterinburqda 81 saylı avtobus marşrutunun tacikistanlı sürücüsü avtomobilin salonunda unudulmuş pul dolu çantanı sahblərinə qaytarıb. 
Turaninfo.org Rusiya mediasına istinadla xəbər verir ki, 47 yaşlı Rövşən  həmin çantanı gecə növbədən sonra salonu nəzərdən keçirərkən  görüb. Çantadakı zərfdə pul və üzərində sahiblərinin ünvanı da olub. Ertəsi gün müsəlman sürücü həmin ünvana gedərək çantadakı 852 min rublu oğullarını itirmiş və hazırda tənha yaşayan  və üstəlik lal-kar olan qoca ər-arvada çatdırıb. Pensiyaçılar Rövşənə və onun müdiriyyətinə dərin təşəkkürlərini bildiriblər. 
Tacik sürücü jurnalistlərin “Pulu niyə qaytardın?” sualına belə cavab verib:” Əvvəla, mən müsəlmanam. İkincisi də bu günədək eşitməmşəm ki, kimsə özgə pulu hesabına xoşbəxt olsun...”
Загрузка...
Загрузка...