Avropanın ən dəyərli futbolçusu müəyyənləşdi: 206,5 milyon funt-sterlinq

Baxış sayı: 
49
1  
0  
Finans şirkəti KPMG Avropanın ən dəyərli futbolçularını müəyyənləşdirib.
 
Şirkətin araşdırmasına görə, "köhnə qitə"də oynayan ən dəyərli futbolçu PSJ-nin ulduzu Neymardı. Yaş, performans və başqa bəzi kriteriyalar üzrə aparılan araşdırma zamanı bəlli olub ki, braziliyalı futbolçunun dəyəri 206,5 milyon funt-sterlinqdi (təxminən 443,6 milyon manat).
 
"Sambaçı"nı PSJ-dəki komanda yoldaşı Kilian Mbappe izləyir. Fransa millisinin 20 yaşlı ulduzuna 193,8 milyon funt-sterlinq (təxminən 416,3 milyon manat) qiymət qoyulub.
 
İlk "üçlüy"ü "Barselona"nın futbolçusu Lionel Messi qapayır. Argentinalı ulduzun dəyəri 183,2 milyon funt-sterlinqdi (təxminən 393,5 milyon manat).
 
"Yuventus"un ulduzu Kriştiano Ronaldo "onluğ"a düşə bilməyib. Portuqaliyalı futbolçuya 96,5 milyon funt-sterlinq (təxminən 207,3 milyon manat) qiymət qoyulub.
 
qaynarinfo.az
 
Загрузка...
Загрузка...