Avropadan Qarabağa qanunsuz səfərlərin sayı artıb

Baxış sayı: 
56
1  
0  
İsveçin Lund Universitetinin müəllimi, dünyada soyqırımların tarixini araşdıran Svante Lundqren seperatçı rejimin nəzarəti altında olan Dağlıq Qarabağ ərazisinə səfər edib. Turaninfo.org Ermənistan mətbuatına istinadən bildirir ki, bölgəyə qanunsuz səfər edən isveçli alim burada yerləşən universitetdə bir qrup müəllim və tələbələri üçün mühazirə oxuyub.
Məlumat üçün qeyd edək ki, Svante Lundqren bu səfəri son bir həftə ərzində xarici ölkə vətəndaşlarının Dağlıq Qarabağa etdiyi sayca ikinci qanunsuz səfər olub. Belə ki, bu həftənin əvvəlində Fransadan bir qrup həkim Qarabağa qanunsuz səfər edərək, tibb mərkəzlərindən birində xəstələr üçün əməliyyatlar həyata keçiriblər. 
Onu da qeyd edək ki, Dağlıq Qarabağa qanunsuz səfər edən xarici ölkə vətəndaşları Xarici İşlər Nazirliyi tərəfindən tərtib edilən  "Qara siyahı"ya salınır və onlar Azərbaycan üçün "Arzuolunmaz şəxs"lər hesab olunurlar. Hazırda Xarici İşlər Nazirliyi tərəfindən tərtib edilən "Qara siyahı"ya əksəriyyəti Fransa və Rusiya vətəndaşları olan 803 əcnəbinin adı daxil edilib. Lakin, qeyd edək ki, Qarabağa səfər edən əcnəblərin sayı bundan dəfələrlə çoxdur. Onların böyük əksəriyyətinin kimliyini müəyyən etmək olmur, ya da bu işə məsul olanlar həmin şəxslərin kimliyini müəyyən edərkən öz işlərinə məsuliyyətlə yanaşmırlar.
Qarabağa səfər edən əcnəblərin siyahısı aşağıdakı linkdə yer alıb:
http://www.mfa.gov.az/folder/file/qanunsuz_seferler.pdf

yeniavaz.com

 

Загрузка...
Загрузка...