Avropa Liqası: "Qarabağ" "Sevilya"ya uduzdu - (YENİLƏNDİ)

Baxış sayı: 
46
3  
0  

Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
 
Publika.az xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinin V turu çərçivəsində İspaniyada "Sevilya"nın qonağı olub. "Ramon Sançes Pisxuan" stadionunda baş tutan matçda meydan sahibləri qalib gəliblər - 1:0.
 
Təmsilçimiz Avropa Liqasında növbəti mərhələyə yüksəlmək şansını itirib.
 
***
 
"Sevilya" - "Qarabağ"la oyunda hesabı açıb
 
Publika.az xəbər verir ki, meydan sahibləri qarşılaşmanın 61-ci dəqiqəsində "Qarabağ"ın qapısına yol tapa biliblər - 1:0
 
***
 
UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində Sevilya" - "Qarabağ" oyunu başladı.
 
***
UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində İspaniyada qarşılaşacaq "Sevilya" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.
 
Publika.az-ın məlumatına görə, komandalar matça bu "11-lik"lə çıxacaqlar.
 
"Sevilya": 13. Yassin Bunu, 3. Serxi Qomes, 6. Daniel Karriço (k), 7. Runu Lopes, 9. Munas Dabbur, 11. Munir. 14. Xavyer Ernandes (Çiçarito), 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero, 21. Oliver Torres,
 
"Qarabağ": 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 4. Rahil Məmmədov 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Xayme Romero, 17. Abdulla Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov
 
***
 
Bu gün Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçiriləcək.
 
Publika.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti matçına çıxacaq. Ağdam klubu İspaniya səfərində qrup lideri "Sevilya"nın qonağı olacaq.
 
5-ci tur
 
A qrupu
 
00:00. "Sevilya" (İspaniya) – "Qarabağ" (Azərbaycan)
 
Baş hakim: Məhəmməd Əl-Hakim
 
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu

Загрузка...
Загрузка...