​Avropa ABŞ-ın İrana qarşı sanksiyalarından yayınmaq üçün MEXANİZM QURUR

Baxış sayı: 
237
1  
0  

Hurriyyet.org xəbər verir ki, Almaniyanın NDR televiziya kanalı ABŞ-ın sanksiyaları fonunda İranla ticarəti asanlaşdırmaq üçün Almaniya, Fransa ilə İngiltərənin xüsusi ödəniş layihəsi hazırladıqları xəbərini verib.
 
Xəbərdə maliyyə ödənişi kanalının adının INSTEX (Mübadilə ilə Ticarəti Dəstəkləmək Vasitəsi) olacağı bildirilib.
 
Bazar ertəsi açıqlama verilməli idi
 
Avropalı diplomatların mərkəzi ofisi ABŞ-da yerləşən “Blumberq” kanalına verdikləri məlumata förə, maliyyə kanalının qurulduğuna dair rəsmi bəyanatın Aİ tərəfindən bazar ertəsi günü verilməsi gözlənilirdi. Kanala müsahibə verən amerikalı diplomat rəsmi elan üçün 28 yanvar tarixinin seçildiyini, lakin həll edilməmiş bəzi porblemlərə görə qısa bir gecikmə ola biləcəyini, Aİ-yə üzv olan ölkələrin maliyyə ödənişi kanalının bu ayın axırına qədər tamamlanmasının lazım olduğu ilə bağlı qərar verdiklərini bildirmişdi.
 
Mexanizmin gecikməsi İran-Aİ arasında gərginliyə səbəb olmuşdu
 
Aİ-nin maliyyə kanalını işə sala bilməməsi iranlı məmurlar tərəfindən sərt şəkildə tənqid edilmişdi. İranın xarici işlər naziri Bəhram Qasımi gücikmənin qəbuledilməz olduğunu, İranın Atom Enerjisi Təşkilatının başısı Əli Əkbər Salihi isə “İranın səbrinin daşmaqda olduğunu” söyləmişdi.
 
İranın Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Ələddin Burucerdu isə gecikmə ilə bağlı açıqlamasında Avropa ölkələrinin ABŞ təzyiqinə qarşı öz iqtidarlarını belə qorumadıqlarını söyləmişdi: “Avropalılar ABŞ-ın təzyiqlərinə qarşı müqavimət göstərməsələr, itirən Avropa şirkətləri olacaqdır. Bu şərtlərdə İran Rusiya və Çinlə münasibətlərini daha da gücləndirəcəkdir”.
 
Hurriyyet.org

Загрузка...
Загрузка...