“Atasının ölüm tarixini məndən soruşur” – Şəkinin 67 yaşlı canlı arxivi - FOTO - VİDEO

Baxış sayı: 
134
3  
0  

"48 ildir iştirak etdiyi bütün hadisələri qeyd edir"

Biz hansısa tarixi hadisə ilə maraqlandıqda ilk olaraq internetə müraciət edirik. Baş Zəyzid kəndinin sakinlərini isə hər hansı tarixi hadisəni axtardıqda və ya araşdırdıqda gündəliklərə müraciət edirlər. Kənd haqqında internetdə belə tapa bilməyəcəyiniz məlumatları bu gündəliklərdən əldə etmək mümkündür.

Turaninfo.org ARB TV-yə istinadən xəbər veir ki, bu gündəliklərin müəllifi Şəki rayonu Baş Zəyzid kəndinin sakini 67 yaşlı İrşad Yusifovdur. O, 19 yaşından başlayaraq iştirak etdiyi bütün hadisələri qələmə alır.

"Gündəliyimi yazıb öz əmək haqqımı özüm hesablayırdım. Müdir müəyyən işləri məndən soruşurdu", - İrşad Yusifovdur deyir.

İrşad Yusifovun gündəliklərində kənddə baş verən toy-yas mərasimləri, qəzalar, təbiət hadisələri və s. öz əksini tapıb. 100-ü ötən bu gündəlikdən həm özü, həm də kənd əhalisi faydalanır.
"Elə adamlar var ki, atasının rəhmətə getdiyi vaxtı bilmir, gəlib məndən soruşur. Dolu yağıb, tərəzidə çəkisinə baxıb qeyd etmişəm", - o, fikrini izah edir. 

Bu qeydləri aparmaq İrşad Yusifova heç də asan başa gəlmir:

"Bu iş səbr, dözüm, düzgünlük tələb edir. Burda yalan olmaz"

O, həvəslə yaşatdığı bu ənənəni yenə də davam etdirmək niyyətindədir. Gündəliyində hələki sonuncu qeyd: ARB-nin çəkiliş qrupuna müsahibə verməsidir.

 

Videonu izləmək üçün şəklə klikləyin:

 
 
Загрузка...
Загрузка...