​Atambayev, “qanundankənar oğru” Əziz və “Lotu Quli”...

Baxış sayı: 
41
1  
0  

 
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev həbsindən əvvəl Putinlə nələr danışıb?
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbsindən bir həftə ötdü.  Yada salaq ki, avqustun 7-də Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub. Qarşıdurma nəticəsində azı 52 nəfər yaralanıb, bir nəfər ölüb. Səhəri gün sabiq prezident hüquq-mühafizə orqanlarına təslim olub. Sabiq prezidenti konvoyun müşayiəti ilə Bişkekə aparıblar.
 
Keçmiş prezident dövlət çevrilişinə cəhddə və qətl törətməkdə günahlandırılır. Bu barədə Baş Prokurorluğun Operativ-Axtarış Xidməti və İstintaq Fəaliyyəti üzrə rəisi Zamir Beyşekeyev məlumat verib. Bundan başqa, Atambayev kütləvi qarışıqlıq yaratmaqda, qətldə və ölümə səbəb olmaqda ittiham edilir. O həmçinin hökumət nümayəndələrinin girov götürülməsində, onlara qarşı zorakılıq tətbiq etməkdə günahlandırılır. Keçmiş prezident korrupsiyada və kriminal avtoritet Əziz Batukayevi həbsdən qanunsuz azad etməkdə ittiham olunur.
 
Məhkəmənin qərarı ilə Atambayev ən azı avqustun 26-dək Dövlət Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasında saxlanılacaq.
 
***
 
“Yeni Müsavat” bildirir ki, sabiq prezidentin həbsinin müxtəlif KİV-lərdə ciddi müzakirəsi davam edir. Bildirilir ki, ötən ayın sonu o, Moskvada Rusiya prezidenti Vladmir Putinlə görüşüb. Həmin ərəfədə Qırğızıstanın hazırkı prezidenti Sooranbay Jeenbekov də Kremldə olub. İddia olunur ki, Rusiya prezidenti Atambayev üçün hazırkı prezidentdən xahiş edib. Amma  Sooranbay Jeenbekovun cavabları və arqumentləri daha tutarlı olub və Atambayev Kremldən əliboş qayıdıb.
 
Almazbek Atambayev Putin ile ilgili görsel sonucu
 
Bu səbəbdən də sonadək silahlı müqavimət göstərib və elə Rusiya tərəfinin danışıqlarından sonra silahı yerə qoyub. Qırğızıstan tərəfi sabiq prezidenti ölkəni qarışdırmaqda, silahlı çevrilişdə gühanlandırıb ki, bu da Rusiyanın ondan üz döndərməsi üçün kifayət edib. Təsadüfi deyil ki, həm Putin, həm də baş nazir Medvedev açıqlamalarında Qırğızıstanda stabillikdə maraqlı olduqlarını deyiblər. Görünür, indiki prezident Rusiya tərəfinə ədalətli məhkəmə sözü verib. Atambayevin ailəsinin təhlükəsizliyinə də qarantiya verildiyi deyilir.  Atambayevin əmlakının əsas hissəsinə həbs qoyulub.
 
Bu barədə ölkənin baş prokuroru Otkurbek Camşidov məlumat verib. Baş prokurorun sözlərinə görə, hazırda üzərinə həbs qoyulan əmlakların sayı 120-dir.
 
***
 
Keçmiş prezidentə ən ilginc ittiham  kriminal avtoritet Əziz Batukayevi həbsdən qanunsuz azad etməkdir. Bu iş üçün onun 1,5 milyon dollar  rüşvət aldığı deyilir.
 
Cinayət aləmi hələ 1993-cü ildə Moskvada “qanuni oğru” adı alan Əzizin tacını tanımayıb. İddialar var ki, “samozvanets”i cəzalandırmaq üçün dövrün ən tanınmış kriminal generalları - “Dato Taşkentski” və “Yaponçik” onunla görüşüblər də. Amma fakt faktlığında qalır ki, o, son illərədək Qırğızıstanda yeganə “qanuni oğru” hesab edilib. Əziz başına topladığı adamlara da “qanuni oğru” ideyası ilə yaşamağı deyil, “blatnoy” - “yaxşı oğlan” olmağı tövsiyə edib. Məhz bu səbəbdən onu bəzi hallarda “vor vne zakona” da adlandırırlar. Onun haqqında “Çuy Al Kaponesi”, “Mərkəzi Asiyanın smotryayuşisi” kimi epitetlər də işlənib.
 
Əziz Batukayev ile ilgili görsel sonucu
 
Əziz Batukayev 1966-cı il aprelin 30-da Qırğızıstanın Tokmak Çuy vilayətində doğulub. 1990-cı ildə rəhbərlik etdiyi klan əsasən narkoticarət, reket və sifarişli qətllər həyata keçirib. Çuy vilayətinin cənubuna tam nəzarət edən Əzizin özünü İssık-Kulun ağası sayan Rıspek Akmatbayevlə konflikti yaranıb və bu, onların ikisinin də taleyini dəyişən qatı düşmənçiliyə çevrilib.
 
Əzizin böyük qardaşı, klanın əsas üzvlərindən olan Alaudin 2002-ci ildə Tokmak qənd zavodunda güllələnir. Dəfn mərasimində Əzizin özünü də öldürmək istəyirlər, onun “Mercedes”i güllələrdən deşik-deşik olsa da, özü salamat qala bilir, amma iki yaxın qohumunu itirir. 2003-cü ilin noyabrında onun yeznəsi Xavadji Zaurbekov da bu amansız düşmənçiliyin qurbanı olur.
 
Rıspek də bu müharibədə çox yaxın adamlarını itirir. Onun gənc yaxın qohumu gecə barından çıxarkən öldürülür. Sonra onun maşını əvvəl qumbaraatanla atəşə tutulur. O, daha bir sui-qəsddə yaralansa da, aradan çıxa bilir. Nəhayət, qana-qan günü də yetişir və bu hadisə bütün kriminal aləmin diqqətini Əzizə yönəldir. Hələ də bir çox sirləri açılmayan həmin hadisənin təfərrüatlarını oxuculara təqdim edirik.
 
2005-ci il oktyabr ayının 15-də Qırğızıstanın paytaxtı Bişkekdən 2 kilometr aralıda yerləşən Moldavanovkadakı həbsxanada qiyam baş verir. Dustaqlar həbsxana rəisinin məhbuslarla qəddar davranışına etiraz olaraq bunt edirlər. Bu hadisə ölkədə ciddi rezonans doğurur və bəzi həbsxana rəisləri işdən qovulur. Ölkə parlamentində müdafiə və hüquq-mühafizə orqanları ilə iş üzrə komitəyə rəhbərlik edən deputat Tınıçbek Akmatbayev oktyabrın 19-da qiyamdan sonrakı vəziyyətlə bağlı parlamentdə məruzə etmək üçün şəxsi mühafizəsi, köməkçiləri, prokurorluq əməkdaşı ilə 31 saylı həbsxanaya gedir. Onu Penitensiar Xidmətin rəisi İkmatulla Polatov da müşayiət edir. Həbsxana rəhbərliyi deputatın bu kolona getməməsi üçün müraciət etsə də, komitə sədri inad edir. Deputatın nəyə görə 31 saylı həbsxanaya getmək israrı məlum idi. Çünki onun qardaşı Rısbekin qatı düşməni, narkotik alverinə görə tutulan Əziz məhz həmin həbsxanada cəza çəkirdi...
 
Əziz Batukayev ile ilgili görsel sonucu
 
Oktyabrın 19-da səhər deputat və onu müşayiət edən 5 nəfərlə 31 saylı kolona gedirlər. Deputatın yanında olanlar və mühafizəçisi qanunlara zidd olaraq “zon”a silahla girir. Məlumata görə, deputat burada dustaqlarla sərt dildə danışır. Onlar kolonun çıxış qapısına gələrkən dustaqlarla dava düşür. Silahlı qarşıdurmada deputat və onun yanındakılar öldürülür, həbsxana rəisi isə ağır yaralanır.
 
Həbsxanada yenidən bunt qalxır. Xüsusi təyinatlılar həyəcan siqnalı ilə ayağa qaldırılsa da, hücum olmur.
 
Ölkənin o zamankı baş naziri Feliks Kulov şəxsən həbsxanaya gedir və ölənlərin meyitinin verilməsi üçün 2 saatadək danışıqlar aparır. Nəhayət, 3 nəfərin meyiti və yaralı rəis təhvil verilir. Meyitlərə baxış keçirilərkən onların hamısının güllə yarasından öldüyü məlum olur. Ağır xəsarət alan Penitensiar Xidmətin rəisi də bir neçə gün sonra vəfat edir.
 
Qırğızıstan prezidentinin göstərişi ilə bu hadisə ilə bağlı araşdırma başlayır. 2006-cı ilin avqustunda Alamund Rayon Məhkəməsində aralarında Əzizin vətəndaş nikahında olan arvadı olmaqla ümumilikdə 38 nəfərin məhkəməsi keçirilir. Rısbek Akmatbayevin ciddi səylərinə baxmayaraq, qardaşının qatilinin məhz Əziz olduğunu sübuta yetirmək mümkün olmur. Deputatın ölümünü həmin kolonda cəza çəkən “İyirmilik” ləqəbli çeçen - Rustam Abdulin öz üzərinə götürür.
 
Məhkəmə baş verənlərdə Əziz Batukayevi günahlandıraraq ona 16 il 8 ay 15 gün həbs cəzası verir.
 
Onun azadlığa buraxılması üçün xüsusilə Çeçenistan prezidenti Ramzan Kadırovun ciddi iş gördüyü deyilirdi. Mətbuat yazırdı ki, hakimiyyətin Əzizi xəstə adı ilə (onun leykoz və serrozdan əziyyət çəkdiyi deyilirdi) buraxılması, sadəcə, gülməli bəhanədir.
 
Moskvada azərbaycanlı “qanuni oğru” Nadir Səlifov(“Lotu Quli) və Əziz Batukayev arasında  gərginlik olması barədə bir müddət əvvəl xəbərlər vardı. Bildirilirdi ki, qarşıdurma Moskvanın üç bazarı üstündə yaranıb. Əziz bazarlarda ”Quli"nin adamlarının möhkəmləndiyinə məhəl qoymayıblar. Baş verənlər barədə Əzizin izahatını gözləməyən Quli özü ona zəng vurub. Çeçen avtoritet kobud tərzdə obyektlərin ona çatdığını bildirib. Nadir Səlifov cavabında söz verib ki, bunun mütləq qarşılığı olacaq. Bundan sonra kriminalların münasibəti haqda heç bir müfəssəl məlumat yoxdur.
 
***
 
...2013-cü ilin martında onu azadlığa buraxanda həkimləri deyirdi ki, Batukayev sayılı günləri qalıb. O vaxtdan  6 il keçib və indi bu məsələ sabiq prezident Atambayevi həbsə aparır...
 
“Yeni Müsavat”

Загрузка...
Загрузка...