​Ata özünü saxlaya bilmədi: Hakimlər təlaşa düşdü... - "Ömürlük verin"

Baxış sayı: 
191
0  
0  

 
Bakıda “İraq Hava Yolları” şirkətinin ofisində qətl törədən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
 
O, Elşən Bəşirovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
 
Daha sonra ölən şəxsin hüquqi varisi Xalid Ağayev isə təqsirləndirilən şəxsə ömürlük cəza istəyib. Təqsirləndirilən şəxsə üzünü tutan varis deyib ki, bu şəxsi tikə-tikə eləsələr belə oğlu geri qayıtmayacaq: “Amma ittiham üzrə yazılmış 7 maddə ilə cəzasını alsın. Az da olsa hirsimiz soyusun. Ona ömürlük cəza istəyirəm".
 
Oğlu ölmüş ata məhkəmədə hönkürtü ilə gözyaşlarını saxlaya bilməyib. Hakimlər onu sakitləşdirəndən sonra təqsirləndirilən şəxsin vəkilinə çıxış üçün söz verilib.
 
Təqsirləndirilənin vəkili çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Növbəti proses fevralın 21-də davam edəcək.
 
İttihama görə, bu il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən Dəmirçi Plaza MMC-nin binasında icarə əsasında fəaliyyət göstərən “İraq Hava Yolları” şirkətinə məxsus ofisdə qətl hadisəsi baş verib.
 
Həmin şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer Əli Ağalını qətlə yetirib. O, qətli “COBALT” markalı tüfənglə törədib.
 
Hadisədən əvvəl Elşən Bəşirov idarə etdiyi “Toyoto” markalı avtomobillə hava limanına gedib. Avtomobildə Əli Ağalı da olub. Yolda mübahisə yaranıb. Elşən Bəşirov evə qayıdaraq ov tüfəngini götürərək ofisə gəlib, Əli Ağalını öldürüb.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...