Aşura fətvaya uyğun keçirilməlidir

Baxış sayı: 
81
0  
0  

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Məhərrəm ayaından danışıb

Məhərrəm ayı və Aşura mərasimləri məscidlərdə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun, qanun çərçivəsində, fətvada irəli sürülən tövsiyələrə riayət olunmaqla keçirilməlidir.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Pirallahıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirədə çıxışı zamanı bildirib.

Xatırladaq ki, sabah Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunacaq. Bu il də Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçiriləcək.

 
Загрузка...
Загрузка...