​“Aşotyanın dedikləri Qarabağ məsələsində reallığı əks etdirə bilməz”

 
 
 
Erməni deputatlar Mane Tandilyan və Armen Aşotyanın Bakıya gəlişləri kimi açıqlamaları da ciddi rezonans doğurdur. Özlərini ifşa etdilər ki, gəlişlərinin əsas səbəbi heç də “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak deyilmiş. Əsl məqsədləri “Bakıda gəzintiyə çıxmaq və erməni irsinin necə qorunduğunu yoxlamaq”dır. Həmçinin də bütün məsələlərlə bağlı danışıq masasına əyləşməyə hazırdırlar, təkcə Qarabağdan başqa.
 
Moderator.az Erməni Araşdırmalar Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlının erməni deputatların həm Bakıya səfərlərinə, həm də ağılalmaz açıqlamalarına münasibət öyrənib.
 
Q.Çaxmaqlı bildirib ki, erməni deputatlar indi istənilən fikri səsləndirə bilər, amma, bu, o demək deyil ki, Azərbaycan Qarabağ məsələsində son sözünü deyib:
 
“Armen Aşotyan Ermənistanda Azərbaycana qarşı ən radikal mövqedə olan adamlardan biridir. Həmçinin, Türkiyəyə də dil uzadanlardan biridir. Bu adamın belə risq edib Bakıya gəlməsinə təəccübləndim.  Amma onun Bakıda səsləndirdiyi fikirlər  çağdaş erməni cəmiyyətinin iradəsini ifadə etsə də, Qarabağ məsələsində reallığı əks etdirə bilməz.
 
Qarabağı işğal edən ermənilər onun ermənilərə aid olmasını irəliyə aparan heç bir uğurlu addım ata bilməyiblər. Dağlıq Qarabağ dünyanın qəbul etdiyi kimi Azərbaycan torpağı olaraq qalır. Aşotyan hər nə istəsə deyə bilər.  Amma Azərbaycan son sözünü deməyib. Danışıqlar gedir. Nəticəsi olmasa da hələ ki, proseslər bizi Qarabağdan tamamilə uzaqlaşdırmamışdır. İstənilən an burada antiterror əməliyyatları keçirmək haqqımızı saxlayırıqsa, demək Qarabağ nə vaxtsa bizim olacaq. Bunun alternativi yoxdur.
 
Ermənilər Bakıda erməni izi də axtara və onun durumunu  öz aləmlərində "kontrol" edə bilərlər. Bunlar normal qəbul edilə bilər. Biz də nə vaxtsa İrəvanın abidələrinin hesabını soracağıq...”
 
 
Rumiyyə

Загрузка...
Загрузка...