“Arzular qəbr evinə qədər davam edir”- Yetmiş yaşı tamam olan xalq artistimiz...

Baxış sayı: 
69
1  
1  
Bu gün Azərbaycanın xalq artisti Rasim Balayevin doğum günüdür. R.Balayev bu yaxında ölkə başçısı tərəfindən “Şərəf” ordeni ilə də təltif edildi. Yetmiş yaşı tamam olan xalq artistimizin görən həyata keçməyən hələ neçə arzusu var?
 
R.Balayev Moderator.az -a açıqlamasında arzuların qəbr evinə qədər davam etdiyini dedi: 
 
“Bu gün yetmiş yaşım tamam olur. Bu haqda televiziyada da veriliş yayımlandı.
Dostlar, tanışlar zəng vurub təbrik edirlər. Arzular bitmir, qəbr evinə qədər
davam edir. Deyirsən ki, nəvəm olsun, sonra deyirsən ki, nəvəmin də toyunu
görüm. Bu Allahın verdiyi ömürə baxır, nə qədər ömür veribsə,
onu da yaşayacam. Təbrikiniz üçün sizlər də çox sağ olun, təşəkkür edirəm”. 
Загрузка...
Загрузка...