Arvadını və qayınanasını öldürüb, yandırdı, özünü isə... - Bakıda DƏHŞƏTLİ QƏTL (YENİLƏNDİ)

Baxış sayı: 
40
1  
0  

 
Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib.
 
Hadisə Alıbəyli küçəsi 22 ünvanında baş verib.
 
Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb.
 
Daha sonra V.Hüseynov bibisi, 85 yaşlı Luiza İsmayılovanı - qayınanasını bıçaqlayıb.
 
Hər iki şəxs hadisə yerində ölüb.
 
Qətli törədən V.Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb.
 
Özü isə hadisə yerindən qaçarkən “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub. V.Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
 
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır. (APA)
 
***
 
Yazıçı Cəlil Cavanşir dünən bu hadisə ilə bağlı status paylaşmışdı.
 
"15-20 dəqiqə öncə “Semaşko”ya iki ağır yaralı gətirdilər. Biri qadın idi, yanmışdı, çatan kimi öldü, biri də 30-35 yaşlarında oğlan idi, özünü avtobusun altına atıb. Onları gətirənlərdən öyəndiyim o oldu ki, oğlanın həyat yoldaşı sevgilisi ilə intim münasibətlərini çəkib ərinə (və ya keçmiş ərinə) göndərib".
 
Publika.az xəbər verir ki, Cəlil Cavanşir sonra qeyd edib ki, oğlan daha sonra qayınanası ilə danışıb:
 
"Qayınanası da deyib ki, “əcəb edir”. Bundan sonra oğlan evə gəlib, bıçaqla həyat yoldaşını qətlə yetirib, qayınanasının üstünə benzin tökərək yandırıb. Sonra da yola çıxaraq özünü avrobusun altına atıb".

Загрузка...
Загрузка...