Arvadını başqa kişilərlə... - Azərbaycanda ərin bu hərəkəti HƏR KƏSİ DƏHŞƏTƏ GƏTİRƏCƏK

Baxış sayı: 
48
1  
0  

Ağsu rayonunda arvadını qısqanclıq zəminində öldürməkdə təqsirli bilinən Paşa Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Publika.az xəbər verir ki, Paşa Məmmədov Ağsu rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli qətnaməsi ilə arvadı Səbinə ilə olan nikahlarına xitam verilib.
 
Arvadının kişilərlə intim hərəkətini yaydı
 
Bundan sonra o, aralarında mütəmadi mübahisələri yaşanan keçmiş arvadı Səbinənin digər şəxslərlə intim münasibətdə olub, ona xəyanət etməkdə ittiham edib. Onun barəsində qohum və tanışları arasında əxlaqsızlıq etməsi barədə məlumatlar yayıb.
 
Daha sonra Paşa Məmmədov arvadından qısqanclıq və qisas niyyəti ilə qəsdən öldürmək qərarına gəlib.
 
Arvadına 10 zərbə vurdu
 
Bu məqsədlə Paşa Məmmədov 6 iyul 2018-ci ildə, saat 18 radələrində arvadının kirayədə yaşadığı Ağsu rayonunun mərkəzində olan evə gəlib. O, həmin vaxt özündə olan bıçaqla arvadının baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq 10 dəfə zərbə vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.
 
“Arvadım kişilərlə intim münasibətdə olub”
 
İstintaq orqanı tərəfindən Paşa Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Paşa Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində arvadını qısqanclıq zəminində öldürdüyün açıqlayıb. Bildirib ki, arvadı başqa-başqa kişilərlə intim münasibətdə olub.
 
“Qızım əri tərəfindən döyüldüyünü bildirdi”
 
Cinayət işi üzrə zərərçəkmişin hüquq varisi qismində ifadə verən atası Səid Babayev bildirib ki, qızı Səbinə 2007-ci ildə Paşa ilə ailə həyatı quraraq nikahlarını rəsmiləşdiriblər: “Onların birgə nikahından iki azyaşlı uşağı 2008-ci il təvəllüdlü Mahir və 2009-cu il təvəllüdlü Nihad dünyaya gəlib. Qızım 2016-cı ilin sentyabrında Paşadan qeyri-rəsmi ayrıldı və 2 azyaşlı uşağını da götürərək mənim yanıma gəldi, mənimlə birlikdə Kürdmaşı kəndində bir müddət yaşadı. Uşaqlar da Kürdmaşı kənd orta məktəbində təhsil aldılar. Qızım mənə artıq Paşa ilə birgə yaşaya bilmədiyini, dözə bilmədiyini, Paşanın onu evdə tez-tez döydüyünü, evdə əsəbləşərək qab-qacağı sındırdığını dedi. Qızımın sifət, qol nahiyələrində xəsarətlər olmasını gördüm. Bunu kim yetirdiyini soruşdum. Qızım əri tərəfindən mütamadi döyüldüyünü, ona yetirdiyini bildirdi”.
 
“Evin yandırıldığını gördük”
 
Hüquqi varisin sözlərinə görə, 2017-ci ilin avqustunda qızı Səbinə ona Ağsu şəhərindəki öz adına olan Paşanın aldığı evdə yaşamaq istədiyini bildirib: “Mən də buna etiraz etmədim. Mən və qızım həmin evə gəldikdə evin pəncərələrinin şüşələrinin satıldığını, evin döşəklərinin bayırda yandırıldığını, külü qaldığını, evdə quraşdırılmış sayğacların sındırıldığını, evin giriş qapılarının sındırıldığını gördük. Bu barədə qonşulardan soruşduq. Bildirdilər ki, bir az əvvəl Paşa orada olub”.
 
“Qızım qorxduğundan kirayədə qaldı”
 
Səid Babayev qeyd edib ki, qızı 2017-ci ilin sentyabrında uşaqlarını götürüb, onun yanından gedərək Ağsu şəhərinə öz adına olan evə köçüb, orada bir müddət uşaqları ilə birgə yaşayıb: “Həmin vaxt Paşa ruhi-əsəb xəstəxanasında stasionar müalicə alıb. Qızım 2017-ci ilin dekabrında rəsmi məhkəmə qaydasında Paşadan boşandı. Qızım ondan ayrı Ağsu şəhərində olan kirayədə yaşadı. Qızım diş müalicəsi klinikasında xadimə işlədiyindən uşaqlarından kiçiyi Paşaya saxlamağa verib. Böyük uşağı məktəbdə oxuduğundan onun işinə maneçilik etməyib. Bu səbəbdən böyük uşağı evdə yanında qalıb. Boşanma zamanı məhkəmənin qərarı ilə qızıma Paşanın evində yaşamaq hüququ tanınsa da, Paşa əsəbiləşib. Qızım qorxduğu üçün Paşanın evində qalmadı, yenə də kirayədə qalmaqda davam etdi”.
 
“Qızımın meyitinin morqda olduğunu dedilər”
 
Səid Babayev bildirib ki, 2018-ci ilin iyulun əvvəllərində Paşa Ağsu rayon polis şöbəsinə şikayət edib, Səbinənin guya onun Ağsu şəhərindəki evindən ondan xəbərsiz tikinti materiallarını satmasını bildirib: “Bununla bağlı polisdə araşdırma aparılıb, fakt öz təsdiqini tapmayıb. İyulun 6-da İsmayıllı rayonu Kürdmaşı kəndində əmimoğlunun evində təmir işləri apararkən oğlum Elçin mənə zəng etdi, qızıma nəsə olduğunu, təcili Ağsu rayon polis şöbəsinə getməyimi bildirdi. Evdən çıxaraq Ağsu rayon mərkəzi xəstəxanasına gəldim, orada olan polislər məni qarşıladı. Polislər kimliyimi soruşduqda, onlara özümü təqdim etdim. Bundan sonra polis əməkdaşları qızımın meyitinin xəstəxananın morqunda olmasını bildirdilər. Öyrəndim ki, qızımı Paşa kirayədə yaşadığı evdə bıçaqla vuraraq öldürüb”.
 
Azyaşlı şahid danışdı, atası 16 il cəza aldı
 
İş üzrə şahid qismində ifadə verən Paşa Məmmədovun azyaşlı oğlu Mahir Məmmədov bildirib ki, atası anasını telefonda ondan gizli başqa oğlanla danışdığını gördüyünə görə döyərək danlayıb, qab-qacağı sındırıb, aralarında buna görə mübahisə baş verib.
 
Məhkəmə şahid ifadələrini dinlədikdən, işdə olan sübutları araşdırdıqdan sonra hökm elan edib. Hökmə əsasən, Paşa Məmmədov 16 il müddətinə azadlıqdan məhrum edilib.
 
Hökmdən narazı qalan Paşa Məmmədov apelyasiya şikayəti verib. O, barəsində yüngül cəza təyin olunmasını xahiş edib.
 
Paşa Məmmədovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Akif Eyvazovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
 
Sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar elan edilib.
 
İlkin

Загрузка...
Загрузка...