"Arsenal" erməni futbolçuya qapını göstərdi

Baxış sayı: 
105
1  
0  

İngiltərənin “Arsenal” klubu erməni futbolçusu Henrix Mxitaryanı satmaq niyyətindədir.
 
Turaninfo.org “Futbol Nyus 24" nəşrinə istinadən xəbər verir ki, klub futbolçunun oyunundan narazdır.
 
3 il əvvəl Almaniyanın “Borussiya Dortmund” klubundan “Mançester Yunayted”ə, 2018-ci ilin yanvarında isə “Arsenal”a transfer olan Mxitaryanın yaşıl meydanlarda fəallıq göstərmədiyi bildirilir. Onun oyununda xüsusən, 2016- ci ildə Premyer Liqaya gəldikdən sonra geriləmənin olduğu deyilir.
 
“Sun” nəşri də “Arsenal”ın bu yay Mxitaryandan yaxasını qurtarmaq istədiyini yazıb. Xəbərə görə, 30 yaşındakı futbolçunun Almaniyada əldə etdiyi formaya heç vaxt çata bilməyəcəyinə dair qənaət var.
 
Qeyd edək ki, Henrix Mxitaryan Avropa Liqasının Bakıda mayın 29-da "Çelsi"yə qarşı keçiriləcək final matçında iştirak etməyəcək. Bu, “təhlükəsizlik”lə bağlı izah olunsa da, Azərbaycanın Bakıda təhlükəsizliyinə tam təminat verdiyi erməni futbolçunun paytaxtımıza gəlməməsinin məhz onun lazımı formada olmaması ilə əlaqələndirənlərin sayı kifayət qədərdir.
 
Böyük Britaniyanın ESPN (Entertainment and Sports Programming Network) kanalı “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalına gəlməməsi və bu məsələ ətrafında yayılan iddialarla bağlı veriliş hazırlayıb. Verilişdə idman şərhçisi Stiv Nikol Mxitaryanın “Arsenal” üçün o qədər də önəmli futbolçu olmadığını, güclü performans göstərmədiyini nəzərə çatdırıb.
 
Şərhçi bildirib ki, bu səbəblərə görə erməni futbolçunun Bakıda meydana çıxmaması komanda üçün böyük itki hesab edilə bilməz.

Загрузка...
Загрузка...