Arif Əliyevin filminin təqdimatı keçirildi — VİDEO

Baxış sayı: 
359
1  
0  

Nizami Kino Mərkəzində “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Arif Əliyevin ssenari müəllifi olduğu “Əsgərlər unudulanda ölürlər” adlı  sənədli filminin təqdimat mərasimi keçirilib. 

Turaninfo.org xəbər verir ki, film Arif Əliyevin "Yalama" kitabı əsasında çəkilib. 

Film 1920-ci ildə bolşevik Rusiyasının Azərbaycanı işğalı zamanı 70-minlik işğalçı qüvvənin qarşısına çıxan 350 nəfərlik Yalama qarnizonunun qəhrəmanlığından bəhs edir.

"Aranfilm" Yaradıcılıq Mərkəzinin təqdim etdiyi film tariximizin ən şərəfli və qaranlıq səhifələrindən birinə işıq salır. Filmin çəkilişləri Yalama, Bakı, Tbiflisi, Ankara və Moskvada aparılıb. 

Filmin ssenari müəllifi Arif Əliyev, quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu operatoru Rafiq Əliyevdir. Vaqif Gərayzadə film üçün orijinal musiqi bəstələyib, mahnıların mətnləri şəhid əsgərlərin son məktublarında yazdıqları şeirlər əsasında tərtib olunub.

Təqdimat mərasimində Azərbaycanın görkəmli və tanınmış şəxsləri də iştirak ediblər. 

 Demokrat.Az

 
Загрузка...
Загрузка...