Arıçı sirləri açdı: Təbii bal neçəyədir?

Baxış sayı: 
37
1  
0  

70-80 manata bal olmur. Əsl təbii balın qiyməti belə 40 manatdan baha deyil.
 
Axar.az xəbər verir ki, bu sözləri Arıçılar Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Elvin Bayramlı Modern.az saytına verdiyi müsahibədə deyib.
 
E.Bayramlı bildirib ki, təbii balın 1 kiloqramının qiyməti 20-40 manat arasında dəyişir:
 
“Təbii balın bir kiloqramı 20-40 manat arası dəyişir. Elə olur ki, satıcılar balı 70 -80 manata təklif edirlər, bu marketinqdən başqa bir şey deyil. Əhali bilsin ki, 40 manatdan baha bal olmur”.
 
E.Bayramlı həmçinin bildirib ki, adi yollarla balın təbii olub-olmadığını müəyyən etmək mümkün deyil:
 
“Təbii balı saxta baldan seçmək bir az çətin məsələdir. İnsanlar belə fikirləşirlər ki, əgər bal yanırsa, demək həqiqidir, yaxud yod qatmaqla həqiqiliyi üzə çıxır. Bu kimi vasitələrlə balın həqiqiliyini yoxlamaq mümkün deyil. Əgər mümkün olsaydı, böyük şirkət sahibləri milyonlarla pul ayırıb laboratoriya açmazdı. Hətta bal mütəxəssisi belə bəzən aldanır”.

Загрузка...
Загрузка...