“Aramco” partlayışlarının nəticəsi: Səudiyyə və BƏƏ-nin tələbi ilə ABŞ bölgəyə hərbçi göndərir

Baxış sayı: 
300
1  
1  

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın müdafiə naziri Mark Esper Səudiyyə Ərəbistanı və BƏƏ-nin tələbi ilə Körfəzə hərbi qüvvə göndərəcəyini bildirib.
 
Ağ Evdə Səudiyyə Ərəbistanının “Aramco” milli neft şirkətinin müəssisələrinə qarşı hücumla bağlı keçirilən milli təhlükəsizlik iclasından sonra ABŞ-ın müdafiə naziri Marik Esper ABŞ-ın Baş Qərargah rəisi general Cozef Danford ilə Pentaqonda birgə mətbuat konfransı keçirib.
 
Hücumun bölgədə gərginliyi dramatik bir şəkildə artırdığını diqqətə çatdıran Esper deyib: “Bütün əlamətlər hücumun məsuliyyətinin İranın üzərinə düşdüyünü göstərir”.
 
“Müdafiə qabiliyyətlərini artıracağıq”
 
Beynəlxalq ictimaiyyətin də beynəlxalq norma və qaydaları qorumaq məsələsində məsul olduğunu bildirən Esper deyib: “Səudiyyə Ərəbistanı başqa hücumların qarşısını almaq üçün beynəlxalq dəstək tələb edib. Birləşmiş Ərəb Əmirlikləri də yardım istəyib. Krallığın dəstək tələbindən sonra prezident (Donald Tramp) xüsusilə də hava və raket müdafiəsi üçün ABŞ qüvvələrinin bölgəyə göndərilməsinə razılıq verib. Eyni zamanda Sudiyyə Ərəbistanı və BƏƏ-nin öz müdafiə qabliyyətlərini inkişaf etdirməsi üçün ləvazimat tədarük edəcəyik”.
 
Esper ABŞ-ın qüvvə göndərməsinin İrana hücum məsələsində açıq mesaj vermək, mənbələrin sərbəst axınını təmin eləmək, qanunlara söykənən beynəlxalq sistemi qorumaq məqsədi güddüyünü söyləyib və deyib: “Prezidentin də bildirdiyi kimi, ABŞ İranla döyüşmək niyyətində deyil, lakin bununla birlikdə lazım olduğu təqdirdə, bütün hərbi variantlarımız da mövcuddur”.
 
“Hücumlara qarşı atdığımız ilk addım”
 
Esper Amerikanın regiona hərbçi göndərməsinin neft müəssisələrinə hücumların qarşılığında atılan ilk addım olduğunu söyləyib.
 
Cozef Danford hərbçi sayı ilə bağlı sualın cavabında deyib: “Orta səviyyəli bir qüvvədir. Minlərlə hərbçi yollamırıq”.
 
Hurriyyet.org

Загрузка...
Загрузка...