AQTA-dan müraciət: Yalnız bu maddələr gətirilə bilər

Baxış sayı: 
27
1  
0  

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yalnız dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlərin və aqrokimyəvi maddələrin idxalına icazə verir.

Turaninfo.org xəbər verir ki, AQTA bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edib. Bildirilib ki, pestisid və aqrokimyəvi maddələri müşayiət edən sənədlər qanunvericiliyə uyğun qaydada təqdim edilmədikdə bu maddələrin ölkəyə idxalına icazə verilmir.

Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən dövlət qeydiyyatına alınmamış pestisidlərin və aqrokimyəvi maddələrin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə verilmir.

 
Загрузка...
Загрузка...