Aqşin Abdulla barədə qərar verildi – Nurlan yenə “siyasi sifariş” deyir

Baxış sayı: 
68
1  
1  

Jurnalist kimi tanınan Nurlan Libre ilə əlbəyaxa dalaşan Aqşin Abdulla cərimələnib.
 
Minval.info xəbər verir ki, A.Abdulla yaşadığı ərazi üzrə yerləşən məhkəmə prosesində hakim önünə çıxıb. O, məhkəmənin qərarı ilə 300 manat məbləğində cərimə edilib.
 
N.Libre çıxarılan qərarı siyasi sifariş hesab etdiyini bildirib.
 
Qeyd edək ki, hadisə baş verən gün də Nurlan sözügedən insidenti siyasi sifariş adlandırıb. Lakin qarşı tərəf tanınmış telefon ustası olduğundan olayın əsl səbəbi tezliklə ortaya çıxıb. Məlum olub ki, iki nəfər arasında yaşanan münaqişə məişət zəminində baş verib.
 
Bundan sonra isə sosial mediada özünü jurnalist kimi təqdim edən Nurlan Librenin halının pisləşdiyi və təcili tibbi yardım maşınına yerləşdirilərək xəstəxanaya aparıldığını əks etdirən fotolar yayılıb.
 
Hadisə ilə bağlı açıqlama verən Aqşin Abdulla N.Librenin onu təhqir etdiyini söyləyib.
 
Xatırladaq ki, Nurlan sosial mediada əksər istifadəçilər tərəfindən tənqid edilib və qınaq obyektinə çevrilib. Bundan əlavə, onun ünvanına sərt sözlər ünvanlanıb.

Загрузка...
Загрузка...