​Aparıcı Zaurun “zarafat”ı müğənnini studiyadan qaçırtdı: O, azyaşlıları da düşünmədi… – VİDEO

Baxış sayı: 
238
0  
0  

Daim qonaqlarını yerli-yersiz ələ salmaqla onları çətin vəziyyətə qoyan aparıcı Zaur Kamal yenidən diqqəti özünə çəkməyə çalışıb.
Minval.info xəbər verir ki, Z.Kamal verilişdə iştirak edən rəqqasənin piton ilanını əlinə alıb “şou” göstərməyə cəhd edib. Təbii ki, bu, özünəməxsus “şou” olub.
Belə ki, aparıcı “fərqlənmə” nişanını qoluna bağlayıb əvvəlcə studiyada olan tamaşaçılara yaxınlaşıb. O, azyaşlıların qorxduğunu görsədə də, “şou”sunu davam etdirib.
Daha sonra müğənni Səidə Sultanın üzərinə gedib. Sənətçi isə qorxusundan qaçmağa başlayıb. Müğənninin çox qorxduğunu görən Zaur Kamal işindən əl çəkmək əvəzinə, onun arxasınca düşüb.
Səidə Sultan buna görə studiyanı tərk etmək məcburiyyətində qalıb. İş o yerə çatıb ki, verilişin operatoru da qorxusundan kameranı qoyub müğənninin arxasınca qaçıb.
Minval.info
 

Загрузка...
Загрузка...