Ankaradan kritik Qarabağ bəyanatı: “Azərbaycana qarşı atılan bu addım...”

Baxış sayı: 
56
1  
0  

Türkiyə Xarici İşlər Nazirliyi beynəlxalq birliyi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçiriləcək qondarma prezident və parlament seçkilərini tanımamağa çağırıb.

Turaninfo.org xəbər verir ki, XİN-in bəyanatında işğal bölgəsindəki separatçı rejimin dünya dövlətləri tərəfindən tanınmadığı vurğulanıb.

“Bu addım BMT Təhlükəsizlik Şurasının məlumat qətnamələrinin və ATƏT-in prinsipləri də daxil olmaqla, beynəlxalq hüquq normalarının açıq formada pozulması deməkdir. ATƏT-in Minsk Qrupu da daxil olmaqla, beynəlxalq ictimaiyyəti bu qondarma seçkiləri tanımamağa çağırırıq”, - bəyanatda bildirilib.

Bəyanatda o da vurğulanıb ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozacaq bu qanunsuz seçkiləri tanımır.

Əlavə edək ki, qondarma seçkilər sabah keçiriləcək.

teleqraf.com

 

Загрузка...
Загрузка...