Anasını öldürdü, qanını içdi, cəsədini yedi, ürəyi soyumadı... - Dəhşətli cinayətin TƏFƏRRÜATI

Baxış sayı: 
76
1  
0  

Hindistanın Korba qəsəbəsində qorxunc olay yaşanıb.
 
Publika.az xəbər verir ki, 27 yaşlı Dilip Yadav anasını qətlə yetirib. Bundan sonra qanını içib. Bununla ürəyi soyumayan cinayətkar cəsədi balta ilə doğrayaraq yeyib.
 
Gəncin bu əməlinə səbəb isə həyat yoldaşı ilə münasibətlərinin anası ucbatından pozulması olub. Yadav həyat yoldaşı ilə boşandıqdan bir müddət sonra anasının evinə soxulub. Batil inancları olduğu deyilən Yadav anasının şeytan olduğunu iddia edib. Atasının və qardaşının erkən yaşda ölməsində anasının günahkar olduğunu deyən Yadav məhz buna görə 50 yaşlı anasını öldürüb.
 
Hadisədən xəbərdar olan qonşular polisə xəbər verib və evlərinin qapısını kilidləyərək onları gözləyib. Hadisənin şahidi polisə verdiyi ifadədə bunları deyib:
 
“Hücum gözümün qabağında gerçəkləşdi. Evdən qəribə səslər gəldiyini eşitdim və yaxından baxmaq istədim. Pəncərədən baxanda Yadavın anasının başına, boynuna və sinəsinə balta ilə vurduğunu gördüm. Mənə də hücum edəcəyindən narahat oldum və divara söykənərək yaşananları izlədim. Hər yer qan içində idi. Anasından qopardığə ət parçalarının bəzilərini yedi, bəzilərini də oda atdı”.
 
Polis evdə istintaq əməliyyatı zamanı bir qara magiya kitabı tapıb. Onların fikrincə, Yadav anasının cəsədinin parçalarına cadu edib.

Загрузка...
Загрузка...