Anar Nağılbazdan inanılmaz video etirafı və arvadı ilə bağlı ŞOK SÖZLƏR: "Hər gün bir cipdə..."

“Əsəbdən, stressdən 2 ilə yaxındır ki, depressiyadayam, yüksək dərəcədə şəkər qazandığım bu son günlərdə bəlli olub, halbuki, nəslimizdə şəkər xəstəsi olmayıb, intihar etməyimi istəmələrini dəfələrcə deyiblər”.
Publika.az xəbər verir ki, bu sözləri sosial media hesabında son günlər qalmaqallı xəbərləri ilə gündəmə gələn Anar Nağılbaz deyib.
O daha sonra sözlərinə belə davam edib: “Praqadan döndükdə qulaqlarımı doldurdular ki, unutmalısan, ailəni tutmalısan. Mənim ürəyim kövrəkdir. Hər dəfə evə gələrkən uşaqlar anadan olandan nələrsə almışam, yoldaşıma da bacardığım kimi baxmışam. Maddi vəziyyətimin zəif olduğundan, heç kimə sirr deyil ki, atamın qayğısı üstümüzdən əskik olmayıb. Məlum videonu illərdir əllərində bayraq edənlərin istəkləri isə daha böyük olub: şuba, ayfon, maşın, şou biznes sferasında yanımda görünmək və hər dəfə də bu video başıma vurulub. Mənim isə o hadisə yadımda deyil, ya qurmadır, mən deyiləm, ya da məni psixotrop maddələrlə zəhərləyib zombi halına salıblar. Praqadan sonra 6 ay yaşadığımız müddətdə əllərinə keçənləri toplamaqla yeni iftira kompromatlar yığmağa başladılar və bu 2 il ərzində davam elədi. İndi də səfərimi və evlənəcəyim xəbəri eşidib hücuma keçməyə başlayıblar. Həmin 6 ay müddətində parçalanan ürəyimi sakitləşdirmək üçün içkiyə qurşandım. Amma yenə də atamın himayəsi və taksi şoferi kimi də arada avtovağzaldan Dərbəndə adamlar aparırdım, papağı gözümün üstünə salırdım ki, tanımasınlar. Yeni ildə ayrıldıq. Ev tələbləri, şantajlar bitmirdi. Hər gün gəlib dəyirdim, uşaqlarıma ərzaq və istədiklərini alırdım. O qadın qaldığımız ata evinə dönə bilməzdi. Amma uşaqların balaca olduqlarını nəzərə alaraq, anasız qoymamağa qərara gəldik, çünki bu yaşlarda uşaqlar anaya daha bağlı olurlar. Bir söz də var, uşaqlar anadan yetim qalır. Olmadığım müddətdə uşağı dərsə aparıb gətirmək adıyla gec qayıdırdı, bəzən günlərlə bacısının yanında qalacağını deyirdi. Hər dəfə də atamgilə cürbəcür xarici bahalı ciplərdə dönürdü. Biz ayrıldığımız müddətdə də tez-tez uşaqlarımla görüşüb gəzintilərə aparır, istədiklərini alırdım. Aylıq xərcləri isə artıqlamadan da yuxarı ödənirdi. Artıq xasiyyətini bildiyimizdən əlindən iltizam alınırdı və ya poçtla göndərilirdi. Son aylarda yaşlı ata, anamın və mənim səhhətimdə pisləşmələr oduğundan atam xahiş etdi ki, “Qızım ikicə ay möhlət ver, müalicə alaq, vəziyyət pisdir. Qoy iki ay da neft şirkətində işləyən, yüksək maaş alan qardaşın, atan, anan, bacın, digər qardaşların yardım etsin”. Amma yenə də kirayə haqqları verilib və oğlum və qızım üçün qış geyimlərinin ən yaxşısını almışam. Yayın iki ayı usaqlar yanımızda olublar. Məlum videodan bir qədər əvvəl də dörd gün yanımda qalıblar, çox sevinirdilər, gəzintiyə, restoranlara aparmışam. Daha sonra evlənəcəyim və klip çəkilişinə göndəriləcəyimi eşidib yenə şantaja əl atdı və iki gün sonra məlum video çıxdı. Elə düşünür ki, mən varlı ailədən evlənirəm və kliplər də çəkirəmsə pullanmışam. Kliplər başqalarının dəstəyi ilə ərsəyə gəlib. Mən, ayda tələbələrimnən iş birliyimdən elə olur heç nə qazanmıram, ancaq siqaretimə, yol puluma yetir. Elə ay da olur nəsə qazananda sevincək qaçıb uşaqlarım üçün nəsə edirəm. Uşaqları əllərində bayraq edib psixikasını pozublar. Hər bir şeyin cavabı məhkəmədə həllini tapacaq. Bu videonu kimlərin və necə qurduğu mənə də maraqlıdır. Əgər psixotrop maddələr veriblərsə, deməli, başqa işlər də edə bilərlər”.
Pərviz Hüseyn

Загрузка...
Загрузка...