Anar Ağakişiyev Xalq artistini elə dəyişdi ki... - FOTO

Flora Kərimova yeni görkəmi ilə hər kəsi təəccübləndirə bilib.
Publika.az xəbər verir ki, tanınmış stilist və makiyaj ustası Anar Ağakişiyev 76 yaşlı Xalq artisti Flora Kərimovanı makiyaj edib. Artıq bir çox ölkələrdə də tanınan, adı dünya mətbuatında hallanan azərbaycanlı makiyaj ustası Xalq artistini elə makiyaj edib ki, onu tanımaq mümkün olmayıb.
Anar F.Kərimovanın həm də saç rəngini dəyişib. O, makiyajdan əvvəl və sonrakı görüntüləri rəsmi instaqram səhifəsində paylaşıb. Onun bu işi instaqramda böyük marağa səbəb olub. Stilistin sözlərinə görə, bu işi Sevgililər gününə özəl olaraq hazırlamağa qərar verib:
“Sevgililər Gününə əsrarəngiz hədiyyəm. Hər birinizə əvəzolunmaz, bənzərsiz, möhtəşəm, Azərbaycan musiqisinin canlı əfsanəsi olan, korifey sənətkar və hər birimizin ürəyində taxt-tac quran gözəl Flora Kərimova qədər sevilməyi arzu edirəm”.

Загрузка...
Загрузка...