"Anamın hiyləsini anladım, Allaha yalvarıram ki..." - Kamilə Babayeva HƏR ŞEYİ ETİRAF ETDİ

Baxış sayı: 
231
0  
0  

Bu dəfə Publika.az-ın "Üç nöqtə" layihəsinin yarımçıq suallarını tanınmış aparıcı Kamilə Babayeva tamamlayıb.
Sevilən aparıcının fikirlərini təqdim edirik:
- İndiki ağlım olsaydı...
- İndiki ağlım olsaydı, hansısa səhvi etməzdim deyə düşünmürəm. Səhvim yoxdur, mükəmməl insanam. Bu, ətrafda olan dostlarımın və ailəmin fikri sayəsində formalaşıb. Oxucular ciddi qəbul edə bilər, təbii ki, zarafat edirəm (Gülür).
- Dünyanı dəyişmək imkanım olsaydı...
- Əzəldən yaratmazdım.
- Kişilər o qadınlara xəyanət etmir ki...
- Bilmirəm, bəlkə kişi olsaydım, cavab verərdim.
- Seviləsi qadın olmağın ilkin şərti...
- Birinci növbədə özün özünü sevməlisən.
- Qadınlar yaşını ona görə gizlədir ki...
- Məndən yaşımı niyə gizlətdiyimi soruşsanız, deyərəm ki, anam icazə vermir. Bir müddət belə oldu, sonra anladım ki, anam istəmir ki, onun yaşını bilsinlər. Bu səbəbdən də mənə şərt qoymuşdu. Amma onun hiyləsini anladım. Hərənin öz motivasiyası var.
- Qadına qarşı şiddət...
- Belə xəbərlər eşidəndə üzülürəm, özümü pis hiss edirəm.
- Təəssüf edirəm ki...
- Ümumiyyətlə, təəssüf etməyi sevmirəm. Kaş ki, olardı, kaş ki, yaşayardım demirəm. Çünki bunu zəiflik əlaməti kimi qəbul edirəm. Lap peşman olsam da, özümə bunu etiraf etməyi xoşlamıram.
 
 
- Vanqa nənə ilə görüşsəydim...
- Vallah Vanqadan çox bilirəm, deyirlər ki, 6-cı hissim güclüdür. Hətta yaxınlarıma bu barədə məsləhətlər də verirəm.
- Küsülü olduğum insana demək istəyirəm ki…
- İnanırsınız ki, küsülü olduğum insan yoxdur. Bir nəfər məndən küsmüşdü, onunla da bu yaxınlarda barışdım, ürəyim yerinə gəldi. Sevmədiyim insanlar var, çalışıram ki, onlarla ünsiyyət qurmayım.
- Tənhalıq insan üçün lənətdir, yoxsa...
- Bu, insandan, onun həyata olan baxışlarından və fəlsəfəsindən asılıdır. Bəlkə də kimsə bunu lənət kimi qəbul etmir.
- Kiminsə yalan danışdığını hiss edəndə...
- Hər halımdan bilinir. Özüm danışmasam da, bədən dilim danışacaq. Bədən dilimi birtəhər susdursam, gözlərim danışacaq. Nə cürsə, bildirəcəm ki, qarşı tərəfin dediklərində boşluq var.
- Dostluq...
- Müqəddəsdir. Çünki dost sarıdan çox yarımışam və xoşbəxtəm ki, ətrafımda gözəl insanlar var.
- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...
- Məncə, insanlar özləri-özlərini qeyri-bərabər hesab edir. Hamı dünyaya eyni cür gəlir və eyni cür də dünyadan köçür. Aradakı məsafədə kimlərsə gücsüzləşir, kimlərsə də, əksinə.
- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...
- Çox qəliz məsələdir. İnsanlar sevgi dolu olarsa, onda dünyanın gələcəyi də parlaq olacaq. Əfsuslar olsun ki, sevgi azalıb.
- Günahlarım yadıma düşəndə...
- Bir var ki, həyatını istədiyin kimi yaşayırsan və günahların üst-üstə yığılmağa başlayır. Mən belə deyiləm, hər addımımı analiz edirəm, balaca bir günahım olanda həmin dəqiqə üzrxahlıq edirəm. Bəzən kiməsə sevgimi ötürmürəm, kiməsə kinlə yanaşıram, kiməsə təkəbbür göstərirəm, amma sonra başa düşürəm ki, bunların hamısı çox əhəmiyyətsizdir, dünya fanidir... Onda Allaha yalvarıram ki, günahlarımdan keçsin.
Kin və nifrətdən uzaq olmaq çətindir, amma pislər öz əməlindən dönmədiyi təqdirdə mən niyə öz yaxşılığımdan qalım?
- Həyat yoldaşıma və qızıma ən çox onu məsləhət görürəm ki…
- Həyat yoldaşım və qızım o qədər nümunəvi insanlardır ki, mən onlardan məsləhət istəyirəm. Onların dəstəyinə mənim daha çox ehtiyac var.
 
 
- İlahi ədalətə inancımı o zaman itirdim ki…
- Yox, heç vaxt itirməmişəm.
- Heç vaxt heç kimə icazə vermirəm ki...
- Azadlığı sevdiyimdən məhdudiyyət qoymağı sevmirəm, belə bir iddiam yoxdur. Hər kəs özü öz üzərində işləməli və nəyisə özü-özünə icazə verib-verməməyi öyrənməlidir. Əgər bunu uşaqlıqdan ona öyrətməyiblərsə, ya da həyatdan bir nəticə çıxara bilməyibsə, mənim sözlərimin onun üçün əhəmiyyəti yoxdur. Onsuz da ürəyi istədiyini edəcək.
- O zaman düşünmədən riskə gedirəm ki...
- 100 faiz əmin olanda ki, bu işi çox istəyirəm və o mənim olmalıdır, bax, onda riskə gedirəm. Çünki getdiyim yolun başında işıq görürəm və bilirəm ki, o işıq məni uğura aparacaq. Amma bu, çox nadir olur.
- Hər dəfə çıxılmaz vəziyyətə düşəndə...
- Problemlərin öhdəsindən özüm tək gələ bilməzdim, dostlarımın böyük sevgisi nəticəsində bunu bacarıram. Onlar o qədər dəstək olurlar ki, özümü çıxılmaz vəziyyətdə hiss edəndə onların sevgisi mənə güc verir. Dostlarımın sədaqətinin qarşısında baş əyirəm. 25 il dostluq etdiyim insanlar var. Bu, onu göstərir ki, mən də yaxşı dost ola bilmişəm.
- Yaxşı gündə, pis gündə...
- Yaxşı gündə, pis gündə sevgimizi bir-birimizdən əsirgəməyək. İçimizdə balaca sevgi qığılcımı saxlayaq ki, ağır gündə onu yanımızdakına ötürə bilək.
- Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik. Fikirlərinizi öyrənmək maraqlı oldu.
- Minnətdaram.
Aytən

Загрузка...
Загрузка...