​“Anam ərimə dedi ki, başını kəs, yanına qoy” – VİDEO

Baxış sayı: 
82
1  
0  

 
“Anam ərimə dedi ki, başını kəs, yanına qoy”. Bu sözləri ərinin işgəncələrinə məruz qaldığına görə evdən qaçan Əfsanə söyləyib.
 
BAKU.WS xəbər verir ki, 26 yaşlı üç uşaq anası “Səni axtarıram” proqramına gələn qardaşı ilə danışmaq istəməyib. O, anasından və qardaşlarından imtina etdiyi bildirib:
“Mənim onlara bir il bundan əvvəl ehtiyacım vardı. Anamın evinə getmişdim, qəbul etmədilər. Anam dedi ki, başını kəs, yanına qoy. Bura çıxmamışdan əvvəl mənə sahib çıxaydılar. İndi onları neyləyirəm? İndi mənim anam da, atam da Xoşqədəm xanımdır”.
Xatırladaq ki, 17 yanvarda 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxan İsayevin itkin düşməsilə bağlı məlumat yayıldı. Sonra məlum oldu ki, 10 ildir ailəli olan gənc qadın son dəfə qırmancla döyüldükdən sonra üç azyaşlı uşağını da götürüb evdən qaçıb. Bakıya üz tutaraq Xoşqədəm Hidayətqızını axtarıb tapıb, ondan kömək istəyib.
 
Qadının əri Səxavət elə həmin günü həyat yoldaşının və uşaqlarının itkin düşməsilə bağlı polisə müraciət edib. Ərinin işgəncələrindən qaçan üç uşaq anası olan 26 yaşlı Əfsanənin yaşadıqları ölkə ictimaiyyətində rezenans doğurub. Əfsanənin həyat yoldaşı Səxavət fermada çobanlıq edir. Ailə elə həmin fermada yaşayır. Əfsanə və uşaqlar sığınacağa yerləşdirilib.
 

Загрузка...
Загрузка...