​Ana fəryadı

Baxış sayı: 
48
1  
0  

 
Eşidin bu ana fəryadını... Əziz Analar, Əziz bacılar! Dəyərli Xalqımın Dəyərli insanları! Bu Sizlərə gözləri yaşlı, içi dərd-fəryad naləsi ilə dolu olan, Gülgününün günahsız və faciəli ölümündən sonra heç bir təskinlik tapa bilməyən miskin bir ananın, həm də tarixə qəhrəmanlıqlar yazmış bir Azərbaycan qadının müraciətidir. 20 yanvar, Xocalı kimi ağır faciələri yaşayan millət düşməndən aldığı ağır zərbələri heç vaxt yaddan çıxarmasa da, şərəfli gələcək naminə qəddini düzəldi, xoşbəxt gələcəyə doğru Müstəqil Azərbaycan dövlətinin dəstəyi ilə irəliləməyi özünün həyat kredosu elan etdi. Vətən, Torpaq uğrunda ölümü haqq bilən Anaların fəryadından çox, onların dəyanəti önündə baş əydik. Bizim nənələrimiz, analarımız bizləri bu həyata gətirəndə Vətənə, Torpağa qurban dediklərinə azmı şahidlik etmişik?! Nə yaxşı ki, tarixlərimizdən gələn bu ənənə bu günümüzün də şərəfli səhifələrindəndir. Amma əziz Gülgünün faciəsi, cəmiyyət üçün bir qara qəpik qədər dəyəri olmayan birisinin, insanlığa sığışmayan yaramazlığı təkcə bir gəncin həyatını al qana bulamadı, həm də cəmiyyətə ciddi bir mesaj verdi. Son vaxtlar haqqında tez-tez eşitdiyimiz, şahidlik etdiyimiz bu cür faciələr sanki bütün cəmiyyəti eyforiya dalğasında boğmaqdadır. Hər kəs bu kimi hadisələrə son qoymağı Möhtərəm Prezidentdən, 1-ci vitse-prezident Mehriban Xanımdan tələb edir. Bir həqiqətdir ki, cənab Prezident xalqın ümid, güvənc yeridir, anaların fəryadını bir ana kimi bütün varlığı ilə anlayan 1-ci vitse-prezident Mehriban xanımdır, amma adamlar faciələrin ağırlığını sanki, özlərinin evində baş verəndə duyurlar. Yəni bu millətin döyüşkən, mübariz ruhu, varlığı bu qədərmi qırılıb? Bu gün səngərlərdə düşmənlə üz-üzə dayanan qəhrəman oğullarımızın, cəmiyyətin qurucusu olan insanların ana-bacıları, oğul-qardaşları, ən nəhayət ölkənin dinc vətəndaşları şəhərin küçələrində avtoşluq edən qudurğanların faciələri ilə nə vaxta qədər üz-üzə duracaq?! Nə vaxta qədər, “nə yaxşı ki, məndən ötdü” tezislərinin əsiri olaçağıq?! Nə vaxta qədər cəmiyyət bu qatillərin önündə susacaq, təslim olacaq? Bir var təsaduf, bir də var azğınlıqdan döğan faciə. Özlərin haram keyfini başqalarının faciəsi üzərində quranlar ölümə məhkum edilməlidir. Burda nə hümanizmə, nə mərhəmətə yer olmamalıdır. Bilmirəm, bu cür naxələf övlad yetişdən valideyinlər indi hansı hissləri yaşayırlar?! Belələrini övlad deyə müdafiə edənlərin canında zərrə qədər Allah qorxusu varmı? Bəyəm sosial şəbəkələrdə belələrinin saxta “qürurla” paylaşdığı mesajlar onları narahat etmirmi? Bəs insanlar bunlara niyə biganədirlər? Təki məndən ötsün!-deyimi bizləri bundan sonra da faciələrlə üz-üzə qoymayacağına kimlər zamin durur? Suallarım çoxdur, amma cavab verənim də Gülgün kimidir, yoxdur. Hərdən fikirləşirəm ki, axı nə fərqi var, cavablar nakam Gülgünümü bir də geri döndərəsi deyil ki?! Amma bu susqunluq önündə susa da bilmirəm. Hər halda bəşəriyyətə facilər bəxş etmiş fironların və hökümdarların açı sonluğu sonrakılara ibrət dərsləri versə belə, dünyanın başı üstündən qara buludlar çəkilmək bilmir. Heç şübhə etmirəm ki, bu ədalətsizliklərin cavabı vaxtında verimədiyindən belədir. Heç vaxt arzu etmirəm ki, Gülgünün açı taleyini başqa övladlar da yaşasın, amma inanın ki, nə qədər ki, olanlara bu qədər etinasız, susqun yanaşacağıq, bu kimi amansızlıqlar hələ çox ailələrin qapılarını döyəcək... Bir də bir mütəfəkkir demiş, ölüm var ki, həyat qədər dəyərli... Amma çox heyiflər ki, şərəfli, vicdanlı bir həyat amalı ilə yaşayan Gülgün balama nəinki sevgi dolu həyatı, yaşaya biləcəyi şərəfli ölümü çox gördülər! Bu insan qatili Lənkəran rayon sakini Məmmədov Ramal Camal oğludur və atasının ərköyün balası bu şəxs   sosial şəbəkələrdə yüzlərlə gənciin həyatına son qoyan avtoşluğun təbliği ilə məşquldur. Gülgünün anası
 
Təranə Məmmədova
 

Загрузка...
Загрузка...