“ANA DİLİNƏ və BU DİLDƏ DANIŞANLARA XOR BAXANLAR VAR” – Dilçilik İnstitunun direktoru

Baxış sayı: 
42
1  
0  

“Ana dilinə və bu dildə danışanlara xor baxanlar, bəyənməyənlər indi də var”. “Report” xəbər verir ki, bunu AMEA-nın Dilçilik İnstitunun direktoru Möhsün Nağısoylu “Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, dil millətin kimliyidir, xalqın özünü təsdiqinin ifadəsidir, Azərbaycan dili dünyanın ən öndə gedən qədim, ən zəngin dillərindən biridir: “Biz dilimizi qorumalıyıq. Dilin keşiyində durmaq təkcə dilçilərin işi deyil, bu işi hamımız görməliyik”.

Direktor xatırladıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra müstəqil televiziyalar, radiolar yarandı: “Təəssüf ki, bununla peşəkarlıq da azaldı. Ana dilini qorumaq, düzgün danışmaq hamımızın borcudur. Təəssüf ki, ana dilinə xor baxanlar var, onu bəyənməyənlər, hətta ana dilində danışanlara xor baxanlar hələ də var”.

 
Загрузка...
Загрузка...