Ana 3 uşağı ilə birlikdə faciəvi şəkildə öldü - Şok hadisə

Baxış sayı: 
73
1  
0  

 
Türkiyənin Mardin şəhərinin Mazıdağı mahalında, Tur ailəsinin yaşadığı evdə güclü yanğın olub.
 
Teleqraf.com xəbər verir ki, yanğın nəticəsində evin sahibəsi Nisan Tur və üç qızı həyatını itirib.
 
Yanğın gecə saatlarında baş verib. Qonşular dərhal hadisə barədə aidiyyəti qurumlara xəbər versə də, ana ilə yanaşı 1 yaşlı Miray Ayaz Tur, 5 yaşlı Lorin Tur və 7 yaşlı Gül Ecrin Turun həyatını xilas etmək mümkün olmayıb.
 
İlkin müayinə zamanı hər dörd şəxsin dəm qazından boğulduqları məlum olub.
 
Müəllif: Leyla

Загрузка...
Загрузка...