Amerikanın kürd layihəsi iflasla üzləşib - Trampdan Türkiyəyə 100 milyard dollarlıq hədə

Baxış sayı: 
61
1  
0  

 
Suriyanın dörddə biri kürdlərin əlində: Amerika etnik azlığı necə güc mərkəzinə çevirdi?
“The New York Times” bu kimi suallara cavab verir
 
ABş-ın ən nüfuzlu qəzeti “Who Are the Kurds, and Why Is Turkey Attacking Them in Syria?” (Kürdlər kimdir və Türkiyə niyə onlara Suriyada hücum edir?) başlıqlı məqaləsində gedən əsas tezisləri nəzərdən keçirəcəyik. Türkiyənin PKK/YPG terror təşkilatına qarşı başlatdığı "Barış Pınarı" əməliyyatı ilə bağlı adıçəkilən qəzetdə gedən digər yazının da-“Abandoned by U.S. in Syria, Kurds Find New Ally in American Foe” (Suriyada ABŞ tərəfindən atılmış kürdlər Amerika düşməni ilə ittifaqa girdi” yazısının müəyyən hissələrini diqqətinizə çatdıracağıq.
 
Suriyada nə qədər kürd var?
 
Kürdlər 2011-ci ildə 21 milyonluq Suriya əhalisinin 5 ilə 10 faizini təşkil edirdi və ən böyük etnik azlıq kimi tanınır. Onlar əsasən ərəblər və digər etnik qruplarla yanaşı Türkiyə ilə sərhədə yaxın ölkənin şimalında yaşayırlar. Türkiyə, İraq və İranda da böyük kürd əhalisi var, ancaq dünyada əksəriyyəti kürd olan bir dövlət yoxdur.
 
 
Mövzu ilə bağlı haşiyə çıxmaq zorundayıq. Suriya əhalisin 5 faizi 1 milyon nəfər, 10 faizi isə 2 milyon nəfər anlamına gəlir. Yeri gəlmişkən, http://worldpopulationreview.com saytının məlumatına görə, Suriyada 2 milyon kürd yaşayır. Yəni, dünya əhalisini saymaq üzrə ixtisaslaşmış bu sayt “The New York Times”dan fərqli olaraq birmənalı şəkildə kürdlərin sayını açıqlayır. “The New York Times” qəzeti daha məsuliyyətli media orqanı olduğuna görə 1-2 milyon nəfər yazmaqla kifayətlənir. Yəni, Suriyanın etnik tərkibi qeyri müəyyəndir. Məsələn, , http://worldpopulationreview.com saytı Suriyadakı türkmənlərin sayını 0.75-1.5 milyon nəfər kimi dəyərləndirir. Gördüyünüz kimi, bu göstəricilər arasında ciddi fərq var.
Rəsmi statistikaya görə, hər gün Suriyanı 5 min nəfər tərk edir. Bu ölkə dünyada ən böyük humanitar fəlakət yaşayır. 2013-cü ildə Suriya əhalisi 22.5 milyon olub. Hazırda isə ölkə əhalisinin sayı 17.07 milyondur.
 
 
 
Suriyada əhalinin böyük hissəsi ərəblərdən ibarətdir-85-90 faiz civarında. Dini baxımdan isə əhalinin 87 faizi müsəlmandır (74 faiz sünni və 13 faiz şiə). Yaxın Şərqdə yaşayan ən böyük xristian azlıqlarından biri da Suriyanın payına düşür-9 faiz. Druzlar isə əhalinin 3 faizi qədərdir.
Bu statistik məlumatlar Suriyada baş verən olayları daha dərindən anlamağa yardım edə bilər.
 
Yenidən “The New York Times”ın təhlil yazılarına dönürük.
 
Suriyalı kürdlər müharibəyə necə qoşuldular?
Prezident Bəşər Əsədə qarşı dinc nümayişlər 2011 və 2012-ci illərdə silahlı vətəndaş müharibəsinə gətirib çıxardı. Müxtəlif qruplar Suriyaya nəzarət etmək üçün mübarizəyə qalxdı. Bura hökumətyönlü milislər, daha demokratik bir dövlət uğrunda mübarizə edən üsyançılar, islamçı ekstremistlər və ərazilərini hücumdan qorumaq istəyən etnik və dini azlıqların silahlı qruplarını daxil etmək olar. Bunların arasında kürdlərə bağlı YPG də vardı.
 
A banner with the image of President Bashar al-Assad of Syria in Damascus in June.
 
Amerika müharibəyə necə qarışdı?
Obama administrasiyası bir neçə il Suriya müharibəsində birbaşa rol oynamaq çağırışlarına müqavimət göstərdi, əvəzində bəzi üsyançı qruplar üçün maliyyə ayırdı və onlara təlim verməyi üstün tutdu.
 
Lakin İŞİD Suriya və İraq ərazilərini ələ keçirmək üçün yaranmış xaosdan faydalandı. Prezident Barak Obama fikrini dəyişdi. 2014-cü ildə ABŞ cihadçı yaraqlılara qarşı beynəlxalq koalisiyaya qoşularaq hava hücumları keçirdi və daha sonra İŞİD-də qarşı quru əməliyyatlarına kömək məqsədilə Suriya ərazisində hərbi bazalar qurdu.
 
A Syrian man waved the Free Syrian Army flag atop a building in Akcakale, Turkey, on Sunday, after Syrian fighters backed by Turkey announced they had taken parts of a border town.
 
Kürd döyüşçülər Amerikaya necə müttəfiq oldu?
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada yerli tərəfdaşlar axtardıqda kürd milislərini ən etibarlı seçim olaraq gördü.
 
Əlbəttə, “The New York Times”ın bu fikri ilə razılaşmaq mümkün deyil. Ən azı ona görə ki, 1978-ci ildə yaranan PKK-ya ABŞ həmişə gizli və aşkar şəkildə ciddi dəstək verib. Yəni, ABŞ Suriyaya daxil olmamışdan müttəfiqinin kimliyini çox yaxşı bilirdi.
Suriya kürdləri niyə bu qədər əraziyə nəzarət edir?
 
Kürd milisləri İŞİD-i Suriyanın şimalından tədricən sıxışdırıb çıxardı. Bu prosesdə təqribən 11 min döyüşçü itirdi və ələ keçirdiyi ərazinin idarə olunmasını öz üzərinə götürdü. Nəticədə Suriya torpaqlarının dörddə bir hissəsi onların nəzarətinə keçib. O cümlədən, Türkiyə yaxınlığındakı əsasən ərəb və digər etnik qrupların məskunlaşdığı ərazilər də kürdlərin əlindədir.
 
Zəruri qeyd: Gördüyünüz kimi, hətta “The New York Times” da etiraf edir ki, Suriya əhalisinin 5-10 faizini təşkil edən kürdlərin ölkə ərazinin dörddə birini ələ keçirməsi doğru deyil. Nədən kürdlər bu qədər güclənə bilib? Təbii ki, Qərbin, xüsusən ABŞ-ın verdiyi silah-sursat və ciddi maliyyə dəstəyi Suriyada etnik azlıq olan bir qrupu bu qədər önə çıxarıb. Əlbəttə, yuxarıda qeyd etdiyimiz kimi, Suriyada türkmən faktoru da var. Heç şübhəsiz ki, Türkiyənin qanı qanından, canı canından olan türkmənlərə verdiyi dəstəyi gücləndirməsi bölgədə qüvvələr nisbətini ciddi şəkildə dəyişə bilər. O da diqqətdən qaçmamalıdır ki, Qərb ölkələri türkmənlərə maraq göstərmirlər. Çünki türkmənlərin Türkiyəyə bağlı olduğunu yaxşı bilirlər...
 
Məqalədə o da qeyd olunur ki, yerli ərəb döyüşçülər kürdlərə qarşı savaşır. Onlar deyirlər ki, kürdlər bizi dədə-baba torpaqlarımızdan qovub. Biz öz yurdumuza qayıtmaq istəyirik. Kürdlər isə buna imkan vermir.
 
Qəzetin hazırladığı ikinci yazıda isə deyilir ki, bir vaxtlar İŞİD-lə savaşda ABŞ-ın müttəfiqi olmuş kürdlər indi Rusiya və İranın dəstək verdiyi Bəşər Əsəd hökumətinə sığınmaq zorunda qalıb. Tərəflər arasında bazar günü anlaşma əldə olunub.
 
İŞİD-ə qarşı qazanılan qələbə təhlükə altına düşüb və İŞİD-in geri dönmə potensialına qapı açılıb. Təsadüfi deyil ki, Türkiyənin çərşənbə günü başladığı savaşdan sonra İŞİD Suriyada ən azı iki hücumun məsuliyyətini öz üzərinə götürüb: Birinci, şimalındakı Qamışlı şəhərində, digəri isə cənubda yerləşən Hasakanın xaricindəki beynəlxalq hərbi bazada.
 
Prezident Tramp yaşıl işıq yandırdıqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əmri ilə hərəkətə keçən Türkiyə ordusu və onların dəstəklədiyi qüvvələr sürətlə irəliləyir. Onlar Suriya üçün xüsusi önəm daşıyam əsas şose yolunu ələ keçiriblər. Türkiyə Müdafiə Nazirliyi bəyan edib ki, kürdlərə silah məhz bu yolla daşınırdı. Bu yolun ələ keçməsi kürdlərin təchizatında ciddi problem yaradacaq. Bu yol həm də kürlərin İraqla əlaqəsinin kəsilməsi deməkdir.
 
Rəsmi Ankara kürdlər başda olmaqla Suriya Demokratik Qüvvələrini aradan götürməyə çalışır. Türkiyə on illərlə mübarizə apardığı kürd separatçı hərəkatı ilə əlaqələri olduğu üçün bu qrupu təhlükəsiz hala gətirmək istəyir.
 
Türk təcavüzü ilə üzləşən kürd döyüşçüləri isə ABŞ-ı xəyanətdə ittiham edir və Dəməşqlə sövdələşməli olur.
 
Qəzet xatırladır ki, oktyabrın 6-da cənab Tramp Türkiyə prezidenti ilə telefon əlaqəsindən sonra fikrini dəyişdi və ABŞ ordusunun Suriyadan çıxmasına göstəriş verdi. Oktyabrın 9-da isə Türkiyə ordusu Suriyaya girdi.
 
Amerika qoşunları Suriyanı tamamilə tərk edibmi?
Tamamilə deyil. Pentaqon Suriyanın şimalından çıxıb. Suriyanın cənubundakı kiçik bir Amerika bazası isə öz yerində qalacaq.
 
Adıçəkilən qəzet bugünkü məqaləsində isə bildirir ki, Suriyadan Amerika hərbçilərin çıxaran Tramp ciddi təpki ilə üzləşib. Ona görə də Türkiyəni sanksiyalarla hədələyir. ABŞ-ın Türkiyədən aldığı polada gömrük rüsumunu qaldırmaqla hədələyir. Vaşinqtonun Ankara ilə 100 milyard dollarlıq ticarət anlaşmasından da imtina edəcəyi səslənən hədə-qorxular arasındadır.
 
Turkish-backed Syrian fighters in the Syrian border town Tel Abyad on Sunday.
 
Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Mayk Pens isə bəyan edib ki, cənab Tramp Ərdoğanla apardığı telefon danışığı zamanı hərbi əməliyyatın dayandırılmasını və atəşkəs elan olunmasını tələb edib.
 
Qəzet bildirir ki, Azərbaycanda çıxışızamanı cənab Ərdoğan belə demişdi:”Biz baladığımız hərbi əməliyyatı sona çatdırmaqda qərarlıyıq. Biz başladığımız işi yekunlaşdıracağıq. Qalxmış bayraq enməyəcək. (Rəsulzadənin fikrini qəzet belə verib) ”
 
“The Center for Global Policy”nin təhlilçisi Həsən Həsən Suriyada baş verənlərlə bağlı qəzetə belə deyib: “Suriya və Rusiya üçün Amerika hərbçilərinin gedişi böyük nailiyyətdir. Bir gün içində amerikalılar getdi. Heç onlar narahat olmadılar ki, onların gedişi Suriyanın gələcəyi üçün hansı anlamı verir.” Həsən Həsən onu da deyib ki, Amerikanın Suriyadan çəkilməsi kürd layihəsinin sonu və ya sonun başlanğıcıdır.
 
 
Elbəyi Həsənli, Sürix
Müsavat.com

Загрузка...
Загрузка...