"Amerika demokratiyası böhran içərisindədir" - Hillari Klinton

Baxış sayı: 
50
2  
0  

2016-cı ildə ABŞ-da prezident seçkisində Donald Trampa uduzmuş Hillari Klinton deyib ki, Amerika demokratiyası böhran içindədir. O, Trampı çox pis korrupsiyada və irqi motivli bölücü siyasət yürütməkdə suçlayıb.

Keçmiş dövlət katibi bu ittihamları sentyabrın 16-da dərc olunmuş məqalədə səsləndirir və bu qeyri-adi, hətta ABŞ siyasətində misli görünməmiş hadisə sayılır.

Sentyabrın 17-də nə Tramp, nə də Ağ ev məqaləyə cavab veriblər.

Seçki kampaniyası dövründə və ondan sonra Tramp deyirdi ki, Klintona qarşı müxtəlif cinayətlərə görə təhqiqat aparılmalıdır. Bu da prezident seçkisində qalib gəlmiş birisi üçün qeyri-adi hal hesab olunurdu.

Klinton qeyd edib ki, 2016-cı il seçkisindən sonra tərəfdarlarını Trampa obyektiv yanaşmağa, ona liderlik etmək şansı verməyə çağırıb.

“Ümid edirdim ki, gələcəyimiz sarıdan qorxularım şişirdilib. Amma elə deyilmiş”, – o, “The Athlantic” dərgisində dərc olunmuş məqaləsində yazır. “İndi demokratiyamız böhran içindədir”, – xanım Klinton vurğulayıb.

“Tramp ictimai mənafeyi şəxsi və siyasi maraqlarından üstün tutmaq görüntüsü belə yaratmağa çalışmır. Görünür, anlamır ki, dövlət qulluqçuları xalqa xidmət etməlidirlər, başqa yolla getməməlidirlər”, – məqalədə deyilir.

Bu arada siyasi namizədlər və partiyalar noyabrda Konqresə keçiriləcək seçkilər öncəsi özlərinin reklamıyla məşğuldurlar. Trampın sələfi Barak Obama da Demokratlardan namizədləri dəstəkləyir, Trampın siyasətini pisləyir. ABŞ-ın keçmiş prezidentinin öz xələfini belə açıq şəkildə tənqid etməsi də qeyri-adi hal sayılır./"Azadlıq" radiosu/

Загрузка...
Загрузка...