Almaniyanın 8 il əvvəl hazırladığı KORONAVİRUS HESABATI – ŞOK DETALLAR

Baxış sayı: 
98
3  
0  

İlk dəfə ötən ilin son günlərində Çində rast gəlinən və daha sonra bütün dünyaya yayılaraq, bəşəriyyəti təhdid edən yeni növ koronavirus haqqında Almaniyanın 8 il əvvəl hazırladığı hesabat üzə çıxıb.

Turaninfo.org xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunan COVID-19 virusuna qarşı Almaniyada hələ 8 il bundan əvvəl qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Məlumata görə, 8 il əvvəl Almaniya kansleri Angela Merkelə və ölkə parlamentinə təqdim olunmuş “Risk Analizi və Xalqı Qoruma” adlı 10.12.2012 tarixli və 17/12051 saylı hesabatda “SARS CoV” virusunun mutasiyaya uğrayaraq, dünya üçün böyük təhlükəyə çevriləcəyi qeyd edilib.

Hesabatın detalları

Robert Kox İnstitutu tərəfindən hazırlanmış sözügedən hesabatda günümüzün reallığını əks etdirən aşağıdakı başlıqlar yer alıb:

– “SARS CoV”un mutasiyaya uğramış forması olan yeni bir virus gələcək və insanların immunitetini sürətlə çökdürəcək;

– 2003-cü ildəki “SARS CoV”dan fərqli olan bu virus sürətlə yayılacaq;

– Bu, yeni növ bir virus olacaq və digər viruslardan daha ağır nəticələrə gətirib çıxaracaq;

– Burada yeni pandemiyadan söhbət gedir;

– Modi-SARS adlandırılmağına baxmayaraq, bu virus yeni simptomlarla üzə çıxacaq;

– Adını hələlik qoymadığımız bu virus çox sayda ölüm hallarına yol açacaq;

– Bu virusu idarə etmək AİDS və HİV-ə qarşı mübarizədən çətin olacaq;

– Bir insandan digərinə yoluxma müddəti 5 gün olacaq;

– Virus yoluxmuş insanda özünü 2-14 gün arasında göstərəcək.

Hesabatda yeni virusun insanlarda hansı simptomlarla müşahidə ediləcəyi ilə bağlı bunlar yazılıb:

“Yeni virusun simptomları yüksək temperatur, quru öskürək, nəfəs darlığı, ağciyərdə fərqli göstəricilər, üşümə və titrəmə, qusma hissi, baş gicəllənməsi, əzələ ağrıları şəklində olacaq. Bundan başqa bədəndə müxtəlif qızartılar ola bilər”.

Hesabatda diqqət çəkən məqamlardan biri də ölüm faizlərinin göstərilməsidir. Belə ki, hesabatda yaşlı və xroniki xəstəliyi olan insanlarda ölüm səviyyəsinin 10 faizə qədər olacağı bildirilib.

“Uşaqlarda və gənclərdə ölüm səviyyəsi bir fazidən aşağı olacaq. Gənclər və sağlam insanlar bir həftədə bu virusdan qurtula biləcəklər, ancaq yaşlıların müalicəsi 60 günə qədər davam edə bilər”, – deyə hesabatda qeyd edilib.

Hesabatda diqqət çəkən digər məqamlar isə bunlardır:

– Virus insandan insana damcı və ya təmas ilə keçəcək;

– Virus yayılmağa başlayanda, vaksin tapılmayacaq;

– Vaksin virusun yayılmağa başlamasından 3 il sonra hazırlanacaq;

– İnsanların virusdan qorunmaq üçün gigiyenik qaydalara əməl etmələri, əlcək və maskadan istifadə etmələri, həmçinin qoruyucu gözlük taxmaları lazım gələcək;

– Xəstəlik, xüsusilə, ailə fərdlərindən, viruslu şəxslərlə təmasdan, ictimai nəqliyyatdan, iş yerlərində insandan insana yoluxacaq;

– Virus bütün dünyaya yayılacaq;

Hesabatda maraq doğuran məqam həmin virusun dünyaya Cənub-Şərqi Asiyadan, konkret olaraq, heyvan bazarlarından yayılacağının göstərilməsidir:

– Bu virus Cənub-Şərqi Asiyadan, vəhşi heyvanların satıldığı bazarlardan yayılacaq və insanlara keçəcək;

– Heyvanlarda bu virusa qarşı immunitet olacaq. Çünki virus onların immun sisteminə tanışdır;

– Virusun ev heyvanlarına təsiri güclü olmayacaq;

– Yalnız insanlar arasında yayılacaq.

Hesabatda virusun üç dalğada yayılacağı bildirilib:

– Ən təhlükəlisi birinci dalğa olacaq;

– Daha sonra ikinci və üçüncü dalğalar yaranacaq;

– Beləliklə, 3 il müddətinə yayılmaqda davam edən bir pandemiya olacaq;

– Virus bu müddətdə iki dəfə mutasiyaya uğrayacaq;

– Bir dəfə virusa yoluxan şəxs növbəti 360 gün virusun təsirinə məruz qalmayacaq;

– Mutasiyaya uğramış virus yoluxmuş insana yenidən yoluxa biləcək;

– Virusa qarşı karantin tədbirləri görüləcək. Məktəblər bağlanacaq, ictimai yerlərdə toplaşmaq qadağan ediləcək;

– Virusa yolxmuş şəxslər xüsusi karantin şərtləri altında müalicə olunacaqlar.

Hesabatda əvvəl qeyd edilən üç dalğanın davam etmə müddətləri də göstərilib:

– Modi-SARS virusunun ilk dalğası 1- 411 gün çəkəcək və 29 milyon insana təsir edəcək:

– İkinci dalğa 462 – 692-ci günlər aralığında olacaq və 23 milyon insana təsir edəcək;

– Üçüncü dalğa isə 693-cü gündən başlayacaq və 1052-ci günə qədər davam edəcək. Bu dalğadan 26 milyon insan təsirlənəcək.

Hesabatın ən qorxunc hissəsi isə virusun təsiri ilə baş verəcək ölüm hallarının qeyd edildiyi bölümdür.

Hesabatda qeyd edilir ki, virus 7,5 milyona yaxın insanın həyatına son qoyacaq.

Bütün bunlardan başqa, hesabatda virusun hansı sahələrə daha çox təsir göstərəcəyi də əks olunub. Hesabata əsasən, hava və dəniz nəqliyyatının fəaliyyəti demək olar, dayanacaq. Bu nəqliyyat vasitələri ilə yalnız yükdaşıma həyata keçiriləcək.

Hesabatda qaz və elektrik enerjisi ilə bağlı problemlərin yaranmayacağı da yazılıb.

Bu gün Almaniya hökumətinin koronavirusa qarşı həyata keçirdiyi tədbirlər planının məhz 8 il əvvəl təqdim olunmuş həmin hesabata əsasən, hazırlandığı bildirilir.

yenicag.az

Загрузка...
Загрузка...