Almaniyada koronavirusa yoluxanların sayı 50 mini ötdü

Baxış sayı: 
62
1  
0  

Almaniyada son sutka ərzində təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 3 965 vahid artıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə bazar günü Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı bununla 52 547 nəfərə çatıb. Virusdan ölənlərin sayı isə 389 nəfərdir.

Almaniyada virusun yayılması və nəticələrinə dair statistikanı aparan institutun məlumatına görə, ən çox yoluxma halları Bavariya (12 881), Şimali Reyn-Vestfaliya (11 400), Baden-Vürtemberq (9 794) bölgələrində qeydə alınıb. Berlində 2 396 koronavirus hadisəsi qeydə alınıb.

 
Загрузка...
Загрузка...