Almaniyada Elman Allahverdiyevin otelini yandırdılar

Baxış sayı: 
507
1  
0  

Almaniyada naməlum şəxslər iş adamı Elman Allahverdiyevə məxsus otellərdən birini yandırıblar.
Virtualaz.org “Algemeine Zeitung” nəşrinə istinadən xəbər verir ki, yanğın Remstedterştrassedə yerləşən hazırda boş olan oteldə baş verib.
Polisin rəyinə görə, yanğın təsadüfən baş verməyib.
“Hesab edirik ki, binanı yandırıblar”, - polisin nümayəndəsi Kay Rixter deyib. Yanğın nəticəsində heç kim xəsarət almayıb. Hadisə vaxtı oteldə adam olmayıb.
Xatırladaq ki, bir neçə ay bundan öncə virtualaz.org Aşağı Saksoniya torpağında yerləşən Bad Bevensen kurort şəhərciyində bir sıra otellərə, pansionatlara və diabetik klinikaya malik olan Elman Allahverdiyevin müflisləşməsindən yazmışdı.

Загрузка...
Загрузка...