“ALLAH İLQAR MƏMMƏDOVA AĞIL VERSİN Kİ…” – YAP Siyasi Şurasının üzvü

Baxış sayı: 
195
3  
1  

“Azərbaycanda hər bir şəxs etdiyi əməllərə görə qanun
qarşısında bərabər məsuliyyət daşıyır. İlqar Məmmədov
cinayət etmişdi və etdiyi cinayətə görə də həbs edilmişdi.
Arzum budur ki, Allah ona ağıl versin və bir də gedib
həbsxanaya düşməsin. Hərəkətlərinə ciddi fikir versin”.

Turaninfo.org bildirir ki, bunları Modern.az-a açıqlamasında
Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan
Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov
REAL Partiyasının sədri İlqar Məmmədovun azadlığa
buraxılmasına münasibət bildirərkən deyib.

“Azərbaycanda insan hüquqlarının təmin olunması
dövlətimizin ali prinsiplərindən biridir. Ölkə Konstitusiyasının
böyük hissəsi məhz insan hüquqlarına həsr olunub. Bu amil
dövlətimizin insan haqları amilinə nə qədər önəm verdiyinin
göstəricisidir. Eyni zamanda, insan hüquqlarının təminatı
ilə bağlı Azərbaycanda güclü hüquqi baza formalaşdırılıb.
Həyata keçirilən bütün tədbirlər ölkəmizdə hər bir
vətəndaşın hüquqlarının müdafiəsinə yönəlib.
Azərbaycanın insan hüquqlarının müdafiəsinin
möhkəmləndirilməsi istiqamətində inamla
irəliləməsini faktlarla göstərmək olar.
Ölkəmizdə söz, mətbuat azadlığı, fikir plüralizmi
mövcuddur, mətbuat üzərində senzura yoxdur,
vətəndaş cəmiyyəti daim inkişaf edir”
 
– E.İbrahimov əlavə edib.

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın
24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların
təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər
Məhkəməsinin hökmü ilə 7 il müddətinə
azadlıqdan məhrum edilib.

Bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu
kasasiya və apelyasiya instansiyalarının qərarlarını
ləğv edib və işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb.
Bu gün Şəki Apelyasiya Məhkəməsində hakim Gündüz
Abbasovun sədrliyi ilə keçirilən prosesdə İ. Məmmədov
azadlığa buraxılıb.

Qərara əsasən, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü
ləğv edilib, İ.Məmmədovun barəsində şərti azadlıqdan
məhrum etmə qərarı verilib. O, məhkəmə zalından
azadlığa buraxılıb, ölkədən çıxışına isə qadağa qoyulub.

 
Загрузка...
Загрузка...